26 Fevral 2021 16:55
614
SİYASƏT
A- A+

 Srebrenitsa anaları Ağdamda olublar

 

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycana gələn “Srebrenitsa anaları” İctimai Birliyinin üzvləri işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Srebrenitsa anaları” Ağdamda erməni vəhşiliyinin nəticələri ilə yaxından tanış olub, viran qoyulmuş ərazilərə baxıblar. Bosniya və Herseqovinadan olan analar Xocalı sakinlərinin qətliam edildiyi, bir hissəsinin isə xilas olunduğu Şelli kəndi yaxınlığına, faciə qurbanlarının meyitlərinin gətirildiyi Ağdam şəhər məscidinə və onların dəfn edildiyi Şəhidlər xiyabanına gedib, 29 il əvvəl ermənilər tərəfindən törədilən soyqırımı haqqında daha ətraflı məlumatlanıblar.

“Srebrenitsa anaları” Birliyinin sədri Munira Subaşiç AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Mən Serbiyada olan hadisələrin qurbanıyam. 1995-ci ildə Serbiyada 22 yaxın qohumumu, o cümlədən həyat yoldaşımı və oğlumu itirmişəm. O vaxt özümə söz vermişdim ki, hadisə barədə hər yerdə danışacağam, səsim hər yerdə eşidiləcək. Həm Haaqa tribunasında, həm məhkəmələrdə, beynəlxalq təşkilatlarda öz səsimizi ucaltdıq. Həm Bosniya xalqı, həm də Azərbaycan xalqı eyni faciəni yaşayıblar”.

Qeyd edək ki, Bosniya və Herseqovinanı təmsil edən “Srebrenitsa anaları” Hərəkatının üzvləri də 1995-ci ildə serblər tərəfindən törədilən soyqırımına məruz qalıblar. Həmin ildə Srebrenitsada üç gün ərzində 10 mindən çox insan, o cümlədən 570 qadın və 1000-dən çox uşaq öldürülüb. Bu soyqırımının günahkarları cəzalandırılıb və dünya bu soyqırımını tanıyır. Avropa İttifaqı 11 iyul tarixini Srebrenitsa Qurbanlarının Anım Günü kimi təsis edib. Həmin ərazidə böyük memorial kompleksi inşa edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video