05:22 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
00:36 26.02.2021

Bu dərdin adı Xocalı...


00:33 26.02.2021

Deyirəm nə ola...


00:32 26.02.2021

BİLDİRİŞ


00:31 26.02.2021

BİLDİRİŞ


00:31 26.02.2021

BİLDİRİŞ


00:29 26.02.2021

BİLDİRİŞ


00:29 26.02.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə əlaqələndiricisi və Azərbaycan-Türk gənclər təşkilatının rəhbəri Ülviyyə Cabbarovadan
ANA SƏHİFƏ / MƏKTUBLAR
16:27 29.12.2020

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Cənab Prezident, bugünkü geosiyasi vəziyyətin bütün mürəkkəbliyinə baxmayaraq, Siz nadir siyasi müdrikliyə, uzaqgörənliyə malik əvəzolunmaz şəxsiyyətsiniz. Sizin Azərbaycanın mənafeyinə, inkişafına və yüksəlişinə sadiqliyiniz xalqımızın hörmət və dəstəyini qazanıb. Siz əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan quruculuğu yolunu davam etdirərək, onun işlərinin layiqli varisisiniz. Sizə Azərbaycanın və xalqımızın rifahı naminə tarixi missiyanızda xaricdə yaşayan biz azərbaycanlılar daim dəstəyik. Bu gün Siz Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında müsbət dəyişikliklərin təmin olunması, xalqımızın rifahının yüksəldilməsi üçün maksimum səy göstərərək, regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verirsiniz. Sizin yüksək peşəkarlığınız, çoxillik iş təcrübəniz, vəzifə məsuliyyəti hissiniz xalqımız üçün ən ümdə məqsədlərə çatmağa imkan verəcək. Qürurverici haldır ki, Sizin bütün fəaliyyətiniz Azərbaycan xalqı tərəfindən sərgilənən ictimai dəstəklə müşayiət olunur. Bu gün hər kəs Sizin ətrafınızda sıx birləşmişdir və apardığınız siyasət nəticəsində əldə olunan uğurların sevincini yaşayır. Bu sevincdən bir azərbaycanlı kimi mənə də pay düşür. Siz Azərbaycan Respublikasının ali dövləti vəzifəsində fəaliyyətinizdə özünüzü qeyri-ordinar, parlaq şəxsiyyət, prinsipial və ardıcıl siyasi xadim, dövlətin lideri kimi göstərmisiniz. Siz haqlı olaraq öz həmvətənləriniz arasında və xaricdə hörmət və nüfuz qazanmısınız.

Azərbaycanda həyata keçirilən konstruktiv xarici siyasət regionda sabitliyin təmin edilməsinə, beynəlxalq ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və ölkə iqtisadiyyatına yeni investisiyalar cəlb edilməsinə şərait yaradır. Sizin sayənizdə Azərbaycan Respublikası bundan sonra da davamlı inkişaf yolu ilə irəliləyəcəkdir. Heç şübhəsiz ki, Sizin qazandığınız ümumxalq dəstəyi və etimadı, azərbaycanlıların həyatını daha da firavanlaşdırmaq səyləriniz ali dövləti fəaliyyətinizdə bundan sonra da yeni uğurlarınıza imkan yaradacaq. Bu gün Azərbaycan xalqının rifahının yüksəldilməsi, onun böyük potensialının üzə çıxarılması kursu Sizin rəhbərliyinizlə uğurla həyata keçirilir. Əminəm ki, ölkəmizi qarşıda yeni-yeni nailiyyətlər və qələbələr gözləyir. Sizin siyasi müdrikliyiniz, zəngin təcrübəniz, doğma Vətənimizə, xalqımıza məhəbbətiniz bütün bunların rəhnidir. Sizin rəhbərliyinizlə Azərbaycan bu gün dünyada getdikcə daha layiqli və nüfuzlu yer tutur. Ölkəmizin uğurlu iqtisadi inkişafında, yüksək mənəvi-əxlaqi ab-havanın qorunub saxlanılmasında, mədəniyyət, elm və təhsilin hərtərəfli inkişafında quruculuq enerjisi ilə aşıb-daşan, nəzərdə tutulan planların həyata keçməsinə ardıcıllıqla və qətiyyətlə nail olan bir lider kimi Sizin şəxsi xidmətləriniz böyükdür. Siz fədakarcasına Azərbaycan xalqının xoşbəxtliyinin və rifahının qayğısına qalırsınız. Vurğulamaq istəyirəm ki, Sizin doğum gününüz təkcə ailəniz üçün deyil, hər bir vətənpərvər azərbaycanlı üçün əlamətdardır. Çünki bu gün biz xəyalən Sizinləyik.

Cənab Prezident, Siz mürəkkəb dövlət vəzifələrinin həllinə əzmkarlıqla yanaşmağınız, heyrətamiz işgüzarlığınız və strateji təfəkkürünüz, nəcib şəxsi keyfiyyətləriniz sayəsində hər kəsdə dərin ehtiram, dünya birliyində yüksək nüfuz qazanmısınız. Siz böyük Heydər Əliyevin işini layiqincə davam etdirərək, Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni inkişafında, ölkədə siyasi sabitliyin qorunmasında və əhalinin rifah halının yüksəldilməsində əvəzsiz uğurlara nail olmusunuz.

Zati-aliləri, doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və arzularımı Sizə çatdırmaq mənim üçün çox xoşdur. Xahiş edirəm, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul edin.

Hörmətlə,


Ülviyyə Cabbarova
Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə əlaqələndiricisi
və Azərbaycan-Türk gənclər təşkilatının rəhbəri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM