08:12 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
01:40 13.04.2021

70 zirvəsi


01:34 13.04.2021

Banansız dünya


01:32 13.04.2021

BİLDİRİŞ


01:32 13.04.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şəhid və qazilərin ailələri ziyarət edilir

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:36 26.02.2021

 

Xocalının dəhşətləri zaman keçdikcə iliyə, qana hopur. O müdhiş il, ay, gün nəinki xocalılıların dünənki nəslinin, yəni soyqırımına şahid olanların, onlardan sonrakı nəslin də yaddaşına qanla yazıldığı üçün heç vaxt unudulmayacaq.

Daşnak, terrorçu, qaniçən erməni vandalları o müdhiş gecə və sonrakı günlərdə günahsız insanlara qəddarlıqla, amansızcasına əzab verib qətlə yetirdilər. “Sağ-salamat” qalanların, canını götürüb birtəhər qaçanların isə aldığı psixoloji və fiziki zərbələr zaman keçdikcə üzə çıxmaqdadır.

Ötən 29 il ərzində Xocalıdan canını salamat qurtaranlara dövlət, ictimaiyyət tərəfindən göstərilən diqqət və qayğı onların Qələbəyə, Xocalının qisasının alındığı günə inamlarını gündən-günə artırırdı. Nəhayət, 44 günlük Vətən müharibəsində torpağa qanları ilə “Qələbə” və “Qarabağ Azərbaycandır!” yazan oğullarımız Yer üzündən silinmiş Xocalının və qəddarlıqla, amansızlıqla, minbir işgəncə ilə qətlə yetirilən günahsız soydaşlarımızın da qanını aldılar.

Xocalı da Vətən müharibəsində öz oğullarını qurban verdi. Neçə-neçə xocalılı balası şəhid və qazi oldu. Onların ziyarətinə nəinki el-oba, həm də davamlı olaraq ictimaiyyətin nümayəndələri gəlməyi özlərinə borc bildilər. Ənənə bu gün də davam edir, çünki Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəxsi nümunə göstərdilər.

Xocalı Rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bagirov və Xocalı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Tacir Əzizov Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Namiq Cavadovun və Tural Abdullayevin ailəsini ziyarət ediblər.

Daha bir tədbir fevralın 20-də Xocalı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilib. İctimai Şuranın sədri Qalib Quliyev, Xocalı Rayon İcra Hakimiyyəti başçısının Kosalar kəndi üzrə nümayəndəsi Şahid Rzayev və nümayəndəliyin əməkdaşlarının iştirakı ilə Vətən müharibəsi şəhidi Ramazanlı Əlzamin Umud oğlunun Bərdə rayonunun Şirvanlı kənd qəbiristanlığındakı məzarı ziyarət edilib. Onlar “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmiş igid döyüşçünün valideynlərinə, yaxınlarına başsağlığı verib, ailənin problemləri ilə maraqlanıblar.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM