17 Aprel 2019 11:54
1605
Səhiyyə
A- A+

Səhər yeməyi vitamin və proteinlərlə zəngin olmalıdır


Səhər yeməyi günün ən vacib qidalarından hesab olunur. Onun qəbul edilməsi bədənə enerji verir, uzun müddət aclıqdan sonra düşən qan şəkərinin səviyyəsini yüksəldərək günə fəal və gümrah başlamağı təmin edir.

AZƏRTAC həkim və diyetoloqlara istinadla xəbər verir ki, yuxudan oyanandan sonra bir saat ərzində mütləq səhər yeməyi qəbul edilməlidir, çünki gecə 10-12 saat ac qalan orqanizmin qidaya tələbatı artır.

Səhər açılan süfrə bol çeşidli qidalarla, tərkibi vitamin və proteinlərlə zəngin olmalıdır. Sabah yeməyi üçün bal qatılmış yulaf sıyığı, yaxud süd məhsullarından hazırlanmış yeməklər məsləhət görülür. Kərə yağı və zeytun da səhər yeməyi üçün faydalı ərzaqlardır. Səhər yeməyi gün ərzində insan orqanizminin enerji balansını qoruyur, əhvali-ruhiyyənin yüksəlməsinə səbəb olur. Səhər yeməyindən imtina artıq çəkinin yaranmasına şərait yaradır. Belə ki, insan yuxuya gedəndə maddələr mübadiləsi də yatır və yemək yeməyənə qədər oyanmır. Ona görə də səhər yeməyindən imtina etdikdə orqanizm naharadək daha az kalori yandırır.

Səhər yeməyi iş qabiliyyətini 30 faiz artırmaqla yanaşı diqqəti toplamağa və eşitdiklərini yadda saxlamağa kömək edir. Ürəyin fəaliyyətinə müsbət təsir göstərir, aclıq hissinin qarşısını alır. Mütəxəssislərin fikrincə, gün boyu enerjili, sağlam və gümrah olmaq üçün səhərlər yemək yemədən evdən çıxmaz olmaz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video