08:37 02 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:55 02.03.2021

Paşinyan referenduma gedir


00:37 02.03.2021

BİLDİRİŞ


00:37 02.03.2021

BİLDİRİŞ


00:35 02.03.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi xüsusi yay geyim formalarının satın alınması məqsədilə açıq tender elan edir
ANA SƏHİFƏ / ELANLAR
00:16 25.08.2020


Tender predmeti: Xüsusi yay geyim formalarının elektron satın alınması

Malların, işlərin və xidmətlərin təchiz olunma müddəti - 2020-ci il ərzində.

Tender iştirakçıları öz tender təkliflərini "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Tenderdə iştirak etmək istəyənlər 500 (beş yüz) manat məbləğində iştirak haqqını "ASAN ödəniş” vasitəsilə göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron qaydada ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi

Hesab: AZ38CTRE00000000000002518333

VÖEN: 1700188251

Bank adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

S.W.I.F.T.BIK: CTREAZ 22

Büdcə təsnifatının kodu: 142 330

Büdcə səviyyəsinin kodu: 7

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanının arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (əsasnaməsi) və dövlət qeydiyyatı haqqında şəhadətnamənin və reyestrdən çıxarışın surətləri (notarial qaydada təsdiq olunmalıdır);

- təşkilatın rəsmi blankında dərc olunmuş rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 15 sentyabr 2020-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatı sənədlərini isə 23 sentyabr 2020-ci il saat 11:00-a qədər vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 24 sentyabr 2020-ci il saat 11:00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM