09:09 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
01:40 13.04.2021

70 zirvəsi


01:34 13.04.2021

Banansız dünya


01:32 13.04.2021

BİLDİRİŞ


01:32 13.04.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qubadlıda dağıntılar arasında boy atan meyvə ağacı qışda çiçəkləyib 
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:36 03.03.2021

 

Erməni vandalizminə məruz qalan yaşayış yerlərimizdən biri də Qubadlı rayonunun Mərdanlı kəndidir. Şanlı Azərbaycan Ordusunun şücaəti nəticəsində kənd artıq öz sahiblərindədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vaxtilə insanların firavan, xoşbəxt yaşadığı Mərdanlı kəndi erməni işğalı dövründə xarabalığa çevrilib. Evlər dağıdılıb, tikililərdən geriyə yalnız uçmuş divar qalıqları qalıb. Dağıntılar arasında boy atan kiçik meyvə ağacının qışda çiçəkləməsi isə bu torpaqların əsl sahibləri üçün darıxdığının bir rəmzidir.

Lakin bəzi tək-tük yeni tikililər də var. Bu da ermənilərin Mərdanlıda qanunsuz olaraq məskunlaşdığını göstərir.

Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkib. Oktyabrın 20-də Zəngilan şəhəri azad olunandan sonra Azərbaycan əsgərinin növbəti istiqaməti Qubadlı rayonu idi. Ermənilər burada güclü istehkam qurmuş, şəhərin girəcəyində hərbi baza yaratmışdılar. Əməliyyat planına əsasən Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən, həmçinin Ermənistan ərazisindən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Bu baxımdan, Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərərək, qısa müddətdə Qubadlını düşməndən təmizlədi.

Artıq Mərdanlı sakinləri ata-baba yurdlarına dönəcəyi, yenidən tikib-quracağı, doğma kəndlərində firavan yaşayacağı günü gözləyirlər. O gün isə çox da uzaqda deyil.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM