19 Avqust 2011 01:08
579
Məktublar
A- A+

Qayğıya əməli işlə cavab verəcəyik

 

Möhtərəm Prezident!

Xalqımızın ümummilli lideri Heydər Əliyevin dahiyanəliklə düşünülmüş, müstəqil Azərbaycanın çiçəklənməsinə xidmət edən daxili və xarici siyasətinin davamı kimi müasir dövrün tələblərinə uyğun həyata keçirdiyiniz layihələr ölkəmizin iqtisadi gücünü artırmış, bütövlükdə respublikamızın simasının dəyişməsinə, xalqımızın həyat səviyyəsinin yüksəlməsinə şərait yaratmışdır. Son illər ərzində ölkəmizdə 1 milyona yaxın yeni iş yerinin yaradılması, bu il 900 minə yaxın insanın pensiyalarının 40 faizə qədər artımı, ünvanlı sosial yardım proqramının əhatə etdiyi 125 min ailənin hər birinə ayda  orta hesabla 104 manat məbləğində maddi yardım olunması bilavasitə Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi qayğının ifadəsidir.

Cənab Prezident! Məhz Sizin imzaladığınız regionların sosial-iqtisadi inkişafı dövlət proqramları respublikamızın ayrı-ayrı regionlarının, şəhər və kəndlərinin inkişafına təkan vermişdir. Həmin proqramların icrasının nəticəsi olaraq regionların sosial problemləri aradan qaldırılır, müasir dövrün tələblərinə cavab verən, dünyanın qabaqcıl texnologiyaları ilə təmin olunmuş yeni-yeni istehsal sahələri, sənaye müəssisələri, təhsil, səhiyyə və mədəniyyət obyektləri əhalinin istifadəsinə verilir. Aqrar sahə irimiqyaslı inkişaf mərhələsinə daxil olmuşdur.

Azərbaycanın digər bölgələri kimi, Cəlilabad rayonu da Sizin daimi diqqət və qayğınız sayəsində sürətlə inkişaf etməkdədir.

Ölkəmizin gündən-günə artan iqtisadi qüdrətini hər bir cəlilabadlı öz timsalında görür, həmin iqtisadi yüksəlişdən bəhrələnir.

Respublikamızın, eləcə də rayonumuzun yüksəlişi bilavasitə Sizin müdrik və qətiyyətli siyasətinizin bəhrəsidir. Məhz bu siyasətin nəticəsi olaraq Cəlilabadda da infrastruktur layihələri həyata keçirilir, ən ucqar kəndlərimizdə belə  yolların təmiri və yenidən qurulması üçün vəsait ayrılır.

Cənab Prezident! Biz cəlilabadlılar həmişə Sizin qayğınızı hiss etmişik. Cəlilabad-Yardımlı rayonlarının ümumilikdə 74 yaşayış məntəqəsinin respublikamızın digər  şəhər və rayonlarına çıxışını təmin edəcək Cəlilabad-Yardımlı yolunun çəkilişinə verdiyiniz sərəncam və bununla əlaqədar görülən işlər 196 min nəfərlik Cəlilabad rayon əhalisini hədsiz sevindirmişdir. İnanırıq ki, bilavasitə Sizin qayğınız sayəsində başlanan bu xeyirxah iş qısa müddətdə başa çatdırılacaq.

Çox hörmətli cənab Prezident! Biz cəlilabadlılara göstərdiyiniz bu yüksək qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı həmişə Sizi qorusun.

İnanırıq ki, Siz bundan sonra da ölkəmizin siyasi, iqtisadi və hərbi qüdrətinin güclənməsi üçün çox iş görəcəksiniz. Biz cəlilabadlılar həmişə Sizinləyik.

 

Cəlilabad rayon ictimaiyyəti adından:

Məhərrəm Əliyev, Təklə kəndi - Sosialist Əməyi Qəhrəmanı,

             Prezident təqaüdçüsü

Əfrahim Abasov, Şabanlı kəndi - müəllim

Kərim Mirzəyev, Şabanlı kəndi - təqaüdçü

Qələmhüseyn Nəzərov, Cəngan kəndi - təqaüdçü

Səidə Ağayeva, Şiləvəngə kəndi - sahə xəstəxanasının baş həkimi

Həzi Məmmədov, Şiləvəngə  kəndi - müəllim 

Nadir Quliyev, Abışabad kəndi - müə

llim

Əlisəfa Abdinov, Abışabad kəndi - müəllim

Qulu Quliyev, Ləkin kəndi - təqaüdçü

Aydın Nuriyev, Əsədli kəndi - məktəb direktoru

Əliyar Həsənov, Musalı kəndi - müəllim 

Sultan Teymurov, Badamağac kəndi - təqaüdçü

Mirkazım Əsgərov, Buravar kəndi - məktəb direktoru

Zülfi Məcidov, Şatırlı kəndi - müəllim

Malik Əliyev, Təzəkənd kəndi - həkim

Rza Rzayev, Xanəgah kəndi - müəllim

Mehman Əliyev, Xanəgah kəndi - müəllim

Zakir Quliyev, Pərdi kəndi - kənd ağsaqqalı

Fərəc Rəcov, Pərdi kəndi - fermer

və başqaları

 

Cəmi: 430 nəfər

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video