24 Yanvar 2021 13:41
753
DÜNYA
A- A+

Portuqaliyada prezident seçkiləri keçirilir  

 

Portuqaliyada prezident seçkilərində səsvermə başlayıb.

AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, koronavirus pandemiyası və ölkədə yoluxanların sayının kəskin artması fonunda keçirilən səsvermədə seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 12:00-da) açılıb və saat 19:00-da (Bakı vaxtı ilə saat 23:00) bağlanacaq.

Portuqaliyada 9 milyondan çox insan səsvermə hüququna malikdir. Prezident postu uğrunda 7 namizəd mübarizə aparır. Onların arasında hazırkı dövlət başçısı Marselo Rebelo de Souza da var və o, yenə də favoritdir.

Qeyd edək ki, Portuqaliya qanunvericiliyinə əsasən, prezident birbaşa və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Əgər birinci turda namizədlərdən heç biri seçkilərdə 50 faizdən çox səs toplamasa, fevralın 14-də seçkilərin ikinci turu keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video