06 Yanvar 2021 01:59
809
Fərmanlar
A- A+

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 409, № 12, maddə 753; 2005, № 3, maddə 160; 2010, № 2, maddə 80; 2011, № 10, maddə 903; 2017,

№ 5, maddə 780; 2018, № 12, maddə 2607) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.2-ci yarımbəndin ikinci abzasından “İbka” sözü çıxarılsın.

2. 2.1.4-cü yarımbəndin birinci abzasında “mərkəzi (milli) banklar” sözlərindən sonra “, milli depozit mərkəzləri” sözləri əlavə edilsin.

3. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.4. Neft Fondunun investisiya siyasətində valyuta vəsaitinin idarə edilməsinin aşağıdakı ümumi prinsipləri və istiqamətləri öz əksini tapmalıdır:

investisiya portfelinin proqnozlaşdırılan həcmi;

investisiya portfelinin aktivlər və valyutalar üzrə tərkibi və bölgü nisbəti;

investisiya portfelinin hədəf gəlirliliyi;

investisiya portfelinin risklərinin idarə edilməsi üzrə tələbləri;

Neft Fondunun investisiya portfelinin idarə edilməsinə xarici menecerlər cəlb edildiyi təqdirdə, xarici menecerlərə idarəetməyə verilən investisiya portfelinin hissəsi və idarəetməyə verilmə müddəti də daxil olmaqla xarici menecerlər üzrə tələblər.”.

4. 3.2-ci bənd üzrə:

4.1. ikinci abzasdan “(göstərilən ardıcıllığa əməl etmək şərti ilə)” sözləri çıxarılsın;

4.2. dördüncü abzasdan “investisiya portfelinin maksimum ortaçəkili müddətinin (durasiyasının) və” sözləri çıxarılsın;

4.3. beşinci abzasda “investisiya portfelinin müddətinin” sözləri “müvafiq alt portfel üzrə ortaçəkili müddətin (durasiyanın)” sözləri ilə əvəz edilsin.

5. 3.3-cü bəndin yeddinci, səkkizinci və doqquzuncu abzasları müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:

“səhmlərə, kredit reytinqinə malik olmayan borc öhdəliklərinə və daşınmaz əmlaka investisiya edən pay fondlarında, alternativ investisiya fondlarında, o cümlədən səhm (pay) üzrə müştərək investisiyalarda iştirak payları;

daşınmaz əmlak;

London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələr (qızıl);”.

6. 3.4.2-ci yarımbənddə “valyuta arbitrajı, svop, forvard, fyuçers” sözləri “törəmə maliyyə alətləri” sözləri ilə, “valyuta bazarlarında” sözləri “maliyyə bazarlarında” sözləri ilə əvəz edilsin.

7. 4.2-ci bənd üzrə:

7.1. “gəlirliliyi” sözündən sonra “(gəlirlilik)” sözü əlavə edilsin;

7.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Gəlirliliyin hesablanmasında məzənnə dəyişikliyindən yaranan fərq kimi hesablanan qızıl  üzrə gəlirlilik nəzərə alınmır.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video