27 Yanvar 2021 01:12
756
ELANLAR
A- A+

Ötən il “Azercell”in LTE şəbəkəsinin ölkə üzrə genişlənməsi 85 faizdən artıq olub

 

“Azercell Telekom” 2020-ci il ərzində LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirib. Qeyd olunan dövrdə “Azercell”in LTE şəbəkəsinin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsi ölkənin hər yerində abunəçilərin daha keyfiyyətli xidmətlə təmin olunmasına şərait yaradıb.

Görülən işlər nəticəsində ötən il ərzin

də “Azercell”in LTE şəbəkəsinin əhatə dairəsi 74,2 faizdən 85,1 faizə yüksəlib, şəbəkənin ərazi baxımdan coğrafi əhatəsi isə 61,4 faizdən 72,4 faizə qədər genişləndirilib. LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsinin başlandığı 2 il ərzində isə (01.01.2019-cu il tarixdən 2020-ci ilin sonunadək) “Azercell”in LTE şəbəkəsinin əhali əhatə dairəsi 35.9 faizdən 85.1 faizə, coğrafi dairəsi 22,5 faizdən 72,4 faizədək  artıb.

LTE şəbəkəsinin genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ildə bu texnologiya üzərindən çalışan 784 yeni radio baza stansiyası quraşdırılıb. Bu stansiyaların müəyyən hissəsi 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə işə salınıb. Ümumilikdə LTE şəbəkəsinə aid radio baza stansiyalarının sayı 2679-a çatdırılıb. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilib. Qeyd etmək kifayətdir ki, keçən ilin təkcə sentyabr-dekabr ayları ərzində 118 yeni LTE stansiya istifadəyə verilib.

Şəbəkənin təkmilləşdirilməsi sahəsində aktiv fəaliyyətinin nəticəsi olaraq ölkə ərazisində “Azercell”in təqdim etdiyi xidmətlərdə əhəmiyyətli irəliləyişlər olub. Görülən işlər “Azercell” şəbəkəsi üzrə LTE texnologiyası ilə ötürülən data trafikin həcminə də təsir edib. Son bir il ərzində bu göstərici 2,25 dəfə artıb. Hazırda şəbəkədə daşınan ümumi trafikin təxminən

69 faizi bu texnologiya üzərindən daşınmaqdadır. Ümumilikdə 2020-ci il ərzində LTE şəbəkəsi üzrə səs trafikində 14 faiz, internet trafikində isə 60 faiz artım əldə olunub.

Bakı və Abşeronda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması tədbirləri “Bakı metropoliteni”ndə də aparılır. Layihə çərçivəsində artıq

13 metro stansiyasında və tunellərdə işlər yekunlaşıb. Metrostansiyalarda aktivləşdirilən LTE-Daşıyıcı Birləşdirmə sistemi bu şəbəkədən istifadə edən abunəçilərin daha yüksək sürətli mobil internet əldə etməsinə imkan verir.

Qeyd edək ki, bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürəti, informasiyanı yükləmə müddəti və videomaterialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə “Azercell” ölkənin digər mobil operatorlarından öndədir. Bunu Avropanın “Systemics” şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testinin nəticələri də təsdiqləyib. Dünyamiqyaslı telekommunikasiya şirkəti olan Ericsson-un apardığı bençmarkinq araşdırmaları isə LTE şəbəkəsinin sürətinə görə “Azercell”in “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biri olduğunu göstərib. Şəbəkənin real zaman rejimində monitorinqinə imkan verən Argela sisteminin tətbiqi də “Azercell”in LTE şəbəkəsinin keyfiyyətinin yüksək səviyyədə olmasına imkan yaradır.

Hazırda “Azercell” şirkəti LTE şəbəkəsinin paytaxt və regionlar boyu daha da keyfiyyətli olması, internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində texniki tədbirləri davam etdirir. Lider mobil operator LTE üzərində çalışan baza stansiyalarının sayını da sürətlə artırır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video