09 Fevral 2021 08:14
1675
İDMAN
A- A+

“Opera Euro Rapid”: Teymur Rəcəbov dörddəbir finala vəsiqə qazanıb

 

“Champions Chess Tour” seriyası çərçivəsində keçirilən “Opera Euro Rapid” onlayn turnirinin dörddəbir finalçıları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, seçmə mərhələdə 15 turdan 8 xal toplayan Azərbaycan şahmatçısı Teymur Rəcəbov 7-ci yeri tutaraq növbəti mərhələyə vəsiqə qazanıb. Onunla birgə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, niderlandlı Aniş Giri (hər ikisi 9,5 xal), amerikalı Uesli So (9 xal), fransalı Maksim-Vaşye Laqrav, ermənistanlı Levon Aronyan (hər ikisi 8,5 xal), polşalı Yan-Kşiştof Duda (8 xal), rusiyalı Daniil Dubov (7,5 xal) dörddəbir finala vəsiqə əldə ediblər.

Qeyd edək ki, fevralın 14-dək davam edəcək “Opera Euro Rapid” turnirinin seçmə mərhələsində 16 şahmatçı mübarizə aparıb.

Xatırladaq ki, “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video