09:37 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
01:40 13.04.2021

70 zirvəsi


01:34 13.04.2021

Banansız dünya


01:32 13.04.2021

BİLDİRİŞ


01:32 13.04.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Nikol Paşinyan öz rəqiblərini həbslərlə hədələyir
ANA SƏHİFƏ / DÜNYA
19:42 25.02.2021

 

Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi rəqiblərini həbslərlə hədələyir.

AZƏRTAC Ermənistan KİV-lərə istinadla xəbər verir ki, Yerevanda keçirilən mitinqdə tərəfdarları qarşısında çıxış edən Paşinyan siyasi bəyanatlar sərhədini aşanların həbs olunacağını bildirib.

Xalqı qarət edənlərin hakimiyyətə qayıtmaq imkanı olmadığını və onu öz postundan yalnız xalqın kənarlaşdıra biləcəyini söyləyən Nikol Paşinyan deyib: “Qoy xalq tələb etsin, qoy məni xalq mühakimə etsin”.

Nazirlər Kabinetinin rəhbəri növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanlarını nəzərdən keçirməyi təklif etdiyini, lakin müxalifətin bundan istifadə edərək vəziyyəti radikallaşdırdığını xatırladıb. Nikol Paşinyan tərəfdarlarının xahişi ilə artıq bu məsələni gündəlikdən çıxardığını bildirib.

Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələrinin baş qərargahı Nikol Paşinyanın istefasını tələb edib və onu öz xalqına qarşı güc işlətməkdən çəkinməyə çağırıb. Buna səbəb baş nazirin təklifi ilə baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanı vəzifədən azad edilməsi olub. O, hökumət başçısının “İsgəndər” kompleksi barədə dediklərini məsxərəyə qoyub.

Nikol Paşinyan isə öz növbəsində baş qərargah rəisi Onik Qasparyanı könüllü olaraq istefa ərizəsi yazmağa çağırıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM