05:23 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
00:36 26.02.2021

Bu dərdin adı Xocalı...


00:33 26.02.2021

Deyirəm nə ola...


00:32 26.02.2021

BİLDİRİŞ


00:31 26.02.2021

BİLDİRİŞ


00:31 26.02.2021

BİLDİRİŞ


00:29 26.02.2021

BİLDİRİŞ


00:29 26.02.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Nigeriyada kəndin 110 sakini vəhşicəsinə qətlə yetirilib
ANA SƏHİFƏ / DÜNYA
17:59 30.11.2020

Nigeriyanın şimal-şərqində düyü tarlalarının fəhlələri "Boko Haram" radikal qruplaşmasının silahlılarının hücumuna məruz qalıb.
Silahlı ekstremistlər Zabarmari kəndi yaxınlığındakı tarlalara motosikletlərlə gəlib adamlara nizamsız atəş açıblar. Nətıcədə azı 110 fəhlə həlak olub, onlarla adam yaralanıb.
BMT-nin Nigeriyada humanitar yardım üzrə əlaqələndiricisi Edvard Kallon hücumu dəhşətli və amansız adlandırıb. O, həlak olanların ailələrinə başsağlığı verib, yaralananların sağalmasını arzulayıb.
Borno ştatının qubernatoru Babaqanan Umar Zulum hücumun Cere yerli özünüidarəetmə rayonunda baş verdiyini təsdiqləyib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM