08:44 02 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:55 02.03.2021

Paşinyan referenduma gedir


00:37 02.03.2021

BİLDİRİŞ


00:37 02.03.2021

BİLDİRİŞ


00:35 02.03.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kaniliadan
ANA SƏHİFƏ / MƏKTUBLAR
16:16 26.12.2020
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, ilk növbədə, Assosiasiyamızın bütün üzvləri adından 44 günlük müharibədə qazandığınız qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edim. Sizin əzmkarlığınız və qətiyyətiniz sayəsində cəsur Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına uyğun olaraq erməni işğalçılarını qədim və tarixi torpaqlarınızdan nəhayət ki, qovaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi hadisə münasibətilə Sizi bir daha təbrik edirəm. İnanırıq ki, işğaldan azad edilmiş torpaqlarda tezliklə tərəqqi və sürətli inkişaf dövrü başlayacaqdır. Təəssüflər olsun ki, müharibə itkisiz olmur. Ölkənizin bu qanlı, lakin şanlı döyüşlərdə verdiyi itkilərə görə çox kədərlənirik. Təşkilatımız adından Sizə, Azərbaycan xalqına və həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı veririk. Müharibə zamanı dövlətinizə və ordunuza dəstək olan Assosasiyamız həlak olanların və yaralananların ailələrinə hər cür kömək göstərməyə davam edəcəkdir.

Hörmətli cənab Prezident, Sizi, həmçinin qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurulmasını və onun böyük inkişaf yolunu yüksək səviyyədə təmin edərək dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi üçün məqsədyönlü siyasət formalaşdırıb. Bu siyasət Sizin tərəfinizdən uğurla davam etdirilir və dünyanın digər ölkələrində olduğu kimi, İtaliyada da yaşayan azərbaycanlılar arasında vətənpərvərlik və həmrəylik hissləri, eləcə də milli hədəflər uğrunda fəaliyyət bu gün də yüksək səviyyədədir. Rəhbərlik etdiyim "Napoli-Bakı Assosiasiyası” da İtaliya-Azərbaycan dostluğunu daha da möhkəmləndirmək və inkişaf etdirmək istiqamətində fəaliyyət göstərməkdə davam edir. Biz daima dost Azərbaycan xalqının yanındayıq.

İtaliyanın strateji tərəfdaşı olan Azərbaycanın yaxın gələcəkdə bütün sahələrdə yeni uğurlar qazanacağına inanırıq və bunu səmimi qəlbdən arzulayırıq.

Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı və uzun ömür, uğurlu siyasətinizdə yeni-yeni nailiyyətlər diləyirəm.

Yaşasın İtaliya-Azərbaycan qardaşlığı! 

Hörmətlə,

 

Cuzeppe Kanilia

Napoli-Bakı Assosiasiyasının sədri


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM