04:07 07 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:48 07.03.2021

Qan bahasına yaranan bayram


00:45 07.03.2021

İncə qəlblilər


00:40 07.03.2021

Yel çərşənbəsi


00:40 07.03.2021

Üçüncü çərşənbə


00:40 07.03.2021

Novruzun topları


00:39 07.03.2021

Baharın ilk müjdəçiləri


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Müharibə vərdişlərinə yiyələnmiş döyüşçülərə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:29 24.01.2021

 

Əlahiddə Ümumqoşun Orduda Vətən müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçunun cəlb edildiyi ixtisas hazırlığı kursları başa çatıb. Müharibə vərdişlərinə yiyələnmiş döyüşçülərə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim olunub.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, buraxılış mərasimində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Məzunlar adından çıxış edən Elçin Əliyev söz verib ki, Vətən müharibəsində rəşadətlə döyüşdükləri kimi, bundan sonra da dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq Vətənin müdafiəsində cəsarətlə dayanacaqlar.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində hərbi infrastrukturun müasirləşdirilməsi və şəxsi heyətin nümunəvi xidməti üçün mühüm işlər görülür. Döyüş hazırlığının yüksək səviyyədə olmasının nəticəsidir ki, ərazi bütövlüyümüz uğrunda aparılan Vətən müharibəsində Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu da iştirak edərək rəşadətləri ilə tarix yazdılar. General-polkovnik Kərəm Mustafayev kursları başa vuran məzunları təbrik edərək gələcək xidmətlərində uğurlar arzulayıb.

Çıxışların ardından məzunlara rütbə və sertifikatlar təqdim edilib.

Məzunların ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları ilə bağlı imzalanmış əmrlər şəxsi heyətə çatdırılıb və tribuna önündən təntənəli keçid olub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM