25 Yanvar 2021 17:58
621
SİYASƏT
A- A+

Misir portalı Prezident İlham Əliyevin ermənilərin məscidləri təhqir etməsi barədə çıxışını yayıb

 

Misirin “Aldiplomasy” informasiya portalı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Zəngilan rayonunda tarixi abidələrimizin və məscidlərimizin ermənilər tərəfindən dağıdılması, təhqir edilməsi barədə UNESCO və digər beynəlxalq təşkilatlara müraciətinin videosunu yayıb.

AZƏRTAC xəbər verir ki, ərəb dilində yayılan videomaterialda Azərbaycan Prezidentinin dünyanın 30 il ərzində bu vandalizmə səssiz qaldığı, bu məsələnin beynəlxalq kürsülərdən dəfələrlə qaldırıldığını, Ağdam, Şuşa məscidlərinin viran qoyulması və təhqir edilməsi barədə videoların yayıldığını bildirdiyi vurğulanıb. Dövlətimizin başçısı Zəngilan işğaldan azad edildikdən sonra buradakı dağıdılmış məscidlərdə ermənilərin donuz saxladığını göstərən videokadrlar nümayiş olunduğunu diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video