12 Sentyabr 2018 16:21
1160
Səhiyyə
A- A+

Miniatür portağalın tibbi və kosmetoloji dəyəri


Kumkvat sitrus bitkilərinə aid olub zahirən miniatür portağala bənzəyir. Onu bəzən müxtəlif cür-yapon portağalı, qızıl portağal, fortunella, əfsanəvi naringi, kinkan, yapon heyvası və s. adlandırırlar. Kumkvat sözü Çin dilindən tərcümədə "qam qvat” - qızıl portağal deməkdir. Avropalılar bu bitkinin faydalı xüsusiyyətlərini son vaxtlar aşkarlamağa başlayıblar. Onun maraqlı özəlliyi qabığının şirin, lətinin isə turş olmasıdır.

AZƏRTAC xəbər verir ki, kumkvatın vətəni cənub-şərqi Çin hesab edilsə də, o, buradan digər Asiya ölkələri və Yaponiyaya, daha sonra isə ABŞ-ın cənubuna yayılıb. Onun bəzi sitrus bitkiləri ilə bir çox təbii və süni hibridləri var. Kumkvatdan dekorativ bitki kimi bonsayların düzəldilməsində də istifadə edilir. Qədim zamanlarda onu müdriklərin qidası hesab edirdilər.

Kumkvat orqanizmin immun müqavimətini bərpa edir, onu soyuqdəymə və respirator virus infeksiyalarından qoruyur, xəstəlik törədən bakteriya və göbələkləri məhv edir, mədə-bağırsaq sisteminin fəaliyyətini normallaşdırır. Qurudulmuş halda istifadə ediləndə mədə və bağırsağın xora xəstəliyinin qarşısını alır. Tərkibində külli miqdarda efir yağlarının olmasına baxmayaraq, onun 100 qramının energetik dəyəri cəmi 65 kkal-dir. Ona görə də bu miniatür portağalı əsl diyetik qida hesab etmək olar.

Kumkvat bitkisinin bir çox tibbi faydaları var. Çin təbibləri quru və xroniki öskürək zamanı kumkvatdan hazırlanmış cövhəri balla qarışdırıb qəbul etməyi məsləhət görürlər. Bitkidən hazırlanmış cövhərə zəncəfil əlavə etməklə soyuqdəymə əleyhinə təsirli dərman əldə etmək mümkündür.

Kosmetologiya sahəsində kumkvatdan təbii ağardıcı vasitə kimi də istifadə edilir. Hətta ondan bəzi kremlərin tərkibində də istifadə olunur. Lakin bu bitkidən daha çox təbii halda istifadə edilir. Dəridə olan çil və ləkələrlə mübarizə aparmaq üçün yetişməmiş kumkvatın şirəsi işlədilir. İlk prosedurdan sonra dərinin rəngi əvvəlkindən təxminən 40 faiz açıq tonda olur.

Bitkinin qabığı digər sitruslar kimi efir yağları ilə zəngin olduğuna görə onu aromaterapiyada tətbiq edirlər. Qabığının xoş ətri bədənin tonusunu artırmaq xüsusiyyətinə malikdir. London universitetinin alimləri müəyyənləşdiriblər ki, hər gün kumkvatdan istifadə ayda beş kiloqram çəki atmağa imkan verir. Lakin arıqlamaq məqsədilə qurudulmuş kumkvatdan istifadə etmək məsləhət deyil, çünki onun kalorisi təzəsindən çoxdur. Kumkvata olan fərdi həssaslıq bitki ilə əlaqədar əks-göstəriş sayılır.

Evin hər tərəfinə kumkvat qabıqları qoymaqla virus infeksiyalarının qarşısını almaq olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video