22 Yanvar 2021 16:51
796
Mədəniyyət
A- A+

Milli Xalça Muzeyi fəaliyyətini bərpa edir

 

Ölkəmizin mədəni həyatında önəmli yer tutan Azərbaycan Milli Xalça Muzeyi yanvarın 25-dən etibarən öz fəaliyyətini bərpa edir. Sərt karantin günlərindən sonra vaxtını xoş, səmərəli və maraqlı keçirmək istəyən hər kəs Azərbaycan Milli Xalça Muzeyinə gələrək zəngin və yenilənmiş ekspozisiya ilə tanış ola, möhtəşəm sənət əsərlərinin gözəlliyindən zövq ala bilər.

AZƏRTAC xəbər verir ki, bu gün yerli əhalini muzeylərə cəlb etmək məsələsinin hər zamankından daha aktual olduğunu, eyni zamanda, uşaqların mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə sevgi, hörmət ruhunda tərbiyəsinin əhəmiyyətini və bu işdə təhsilin rolunu nəzərə alaraq, Milli Xalça Muzeyi yeni proqramlar hazırlayıb. Belə ki, muzeydə həftə içi hər gün uşaqlar, yeniyetmələr və böyüklər üçün bir-birindən maraqlı ustad dərsləri keçirilir. Ustad dərslərdə istifadə olunan bütün materiallar muzey tərəfindən təmin edilir və uşaqlar öz əlləri ilə yaratdıqları nümunələri özləri ilə aparırlar.

Həftənin çərşənbə günləri muzeyin “Qarabağ” otağında uşaqlar üçün oxu saatı təşkil olunur, maraqlı nağıllar oxunur.

Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi tərəfindən hər dördüncü gün müxtəlif tamaşalar göstərilir. Muzeyin balaca dostları kilimarası “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Tıq-tıq xanım”, “Cırtdan”, “Məlikməmmədin nağılı” tamaşalarına, surdo tərcümə ilə müşayiət olunan “Cırtdan” kölgə teatrına baxmaq şansı əldə edirlər.

Həmçinin Azərbaycan Milli Xalça Muzeyində tanınmış mütəxəssislərin ayrı-ayrı mövzulara həsr olunmuş maraqlı mühazirələri təşkil olunur.

Qeyd edək ki, muzey I-V günlər saat 10.00-dan 18.00-dək açıq olacaq. Burada mövcud karantin qaydalarına, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə tam riayət olunacaq, muzeyə 10 nəfərdən çox qruplar buraxılmayacaq. 6 yaşdan aşağı uşaqlar, 65 yaşdan yuxarı qonaqlar, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün muzeyə giriş pulsuzdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video