22 Yanvar 2021 23:19
1004
PARLAMENT
A- A+

Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib

 

Yanvarın 22-də Milli Məclisin aqrar siyasət komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclası açan komitə sədri Tahir Rzayev qarşıdan gələn yaz sessiyasında həmkarlarına uğurlar arzulayıb. O, Azərbaycan torpaqlarının 30 ildən sonra düşmən tapdağından azad olunmasına diqqət çəkərək Qələbə münasibətilə həmkarlarına təbriklərini çatdırıb. Komitə sədri qeyd edib ki, ötən 2020-ci il xalqımızın hərb salnaməsinə qızıl hərflərlə həkk edilib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi, qalib Qrdumuzun gücü ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib. İclas iştirakçıları Vətənin müdafiəsi uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər.

Tahir Rzayev 2020-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib. Qeyd olunub ki, hesabat dövründə komitənin 7 iclası keçirilib və 8 məsələ müzakirə edilib. Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda əhəmiyyətli dəyişikliklər edilib. Qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edən bu sənədlər Milli Məclisin plenar iclaslarında müzakirə olunaraq qəbul edilib.

Komitə sədri vurğulayıb ki, hesabat dövründə vətəndaşlardan komitəyə 82 ərizə, məktub və müraciət daxil olub, qeyd edilən problemlərlə bağlı müəyyən müraciətlər aidiyyəti qurumlara ünvanlanıb, bəziləri isə komitə üzvləri tərəfindən müzakirə edilərək öz həllini tapıb.

Hesabat dövründə komitə üzvlərinin ölkə həyatında baş verən ictimai-siyasi proseslərdə fəal iştirak etdikləri, vaxtaşırı ordumuzun əsgər və zabitlərinə, şəhid və qazi ailələrinə dəstək verdikləri, koronavirus pandemiyası ilə mübarizə sahəsində xeyriyyə tədbirlərinə qatıldıqları, ölkəmizin iqtisadi və aqrar sahədə əldə etdiyi uğurlar barədə seçicilərini məlumatlandırdıqları diqqətə çatdırılıb.

Hesabat məqbul hesab edilib.

Sonra iclasda komitənin 2021-ci il yaz sessiyasının qanunverici işləri planı müzakirə edilib. Tahir Rzayev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, qarşıdakı sessiyada komitədə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi və digər vacib qanunlar üzərində iş davam etdiriləcək.

Komitə üzvləri Eldar İbrahimov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Azər Badamov çıxış edərək işğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatının, heyvandarlığın inkişaf etdirilməsi, yeni fermer təsərrüfatlarının yaradılması ilə bağlı təkliflərini səsləndiriblər.

Komitənin iş planı yekdilliklə təsdiqlənib.

Onlayn iclasda komitənin digər üzvləri - Sabir Hacıyev, Müşfiq Cəfərov, Eldəniz Səlimov, Emin Hacıyev də iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video