08:46 02 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:55 02.03.2021

Paşinyan referenduma gedir


00:37 02.03.2021

BİLDİRİŞ


00:37 02.03.2021

BİLDİRİŞ


00:35 02.03.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Meyvə sularının içilməsi faydalıdır
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:16 22.03.2020
 

Meyvə suların içilməsi meyvələrlə qidalanmaqdan daha faydalıdır.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, meyvə sularının tərkibindəki vitaminlər və antioksidantlar bir çox xəstəliklərin qarşısını alaraq sağlamlığı qoruyur.

Portağal suyu bədəni soyuqlamadan və qripdən qoruyur, tərkibindəki S vitamini və turşular öskürəyi azaldır, antioksidant kimi kapillyarları gücləndirərək ürəyə zərər verməsinin qarşısını alır, normalaşdırır, dərinin təravətini saxlayır.

Albalı suyu qızdırmanı aşağı salır, qanı təmizləyir, bədəndə yığılan artıq suların ifraz olunmasına kömək edir.

Alma suyu isə qanda şəkərin miqdarını tənzimləyir, başağrılarını kəsir, böyrəkləri təmizləyir, bağırsaqlarda olan parazit qurdların tökülməsini təmin edir, ürək və ağciyər xəstəliklərinə yoluxmaq ehtimalını azaldır, damar sərtliyinin qarşısını alır.

Şaftalı suyu A, B və S vitaminləri olduğu üçün qripə qarşı bədənin müdafiə mexanizmini artırır, yuxusuzluğu aradan qaldırır, həzmi asanlaşdırır, böyrəklərin və öd kisəsinin fəaliyyətinə kömək edir.

Üzüm suyu fiziki və zehni yorğunluğu aradan qaldırır, ürəyin fəaliyyətini normalaşdırır, dərinin yaşlanmasının qarşısını alır.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM