29 Sentyabr 2018 19:29
1037
CƏMİYYƏT
A- A+

Mənzildə otaqların havalandırılmasına diqqət yetirmək tövsiyə olunur


Çox təəssüf ki, inşa edilmiş hündürmərtəbəli binalarda, iş yerlərində, məktəblərdə və xəstəxanalarda havalandırma üçün qoyulan bacaların bir çoxunun işləmə vəziyyəti qənaətbəxş deyil.

Mənzildə olan bütün otaqların havalandırılmasına diqqət yertirilməlidir. Otağın havasını pəncərələri açmaqla və ionizatorlardan istifadə etməklə dəyişmək olar. Havalandırıcı bacaların işləmə vəziyyətini yoxlamaq üçün yanan şamı onlara yaxınlaşdırmaq lazımdır. Alovun baca tərəfə əyilməsi onların normal işləməsi deməkdir. Əgər alov öz istiqamətini dəyişməzsə, bu deməkdir ki, baca tutulub və təmizlənməsinə ehtiyac var.

Ailədə ürək-damar sistemi xəstəliyindən əziyyət çəkən varsa, hamamı yalnız pəncərənin açılması ilə havalandırmaq olmaz. Mütləq elektrik havalandırıcıdan da istifadə edilməlidir. Mətbəxdə isə daha güclü havalandırıcıdan istifadə etmək tövsiyə olunur. Çünki qaz ocağının yanması zamanı sağlamlıq üçün təhlükəli olan azot oksidləri havaya buraxılır. Əlbəttə, qaz ocağını elektrik ocaqla əvəzləmək yaxşı olardı. Lakin mətbəxdə olan kiçik bacanı hər zaman açıq saxlamaqla da havanı dəyişmək mümkündür.

Bu barədə AZƏRTAC-a kimya elmlər namizədi Abuəli Hüseynli məlumat verib.

O bildirib: "Mütəxəssislərin fikrinə görə, məişət qazının yanması nəticəsində meydana çıxan maddələr güclü kanserogen xassəyə malikdirlər. Həmin qazlar tamamilə yanmadıqda dəm qazı yaranır. Bu qazla nəfəs aldıqda isə həmin maddələr hemoqlobin ilə reaksiyaya girərək orqanizmin oksigenlə qidalanmasının qarşısını tamamilə kəsir ki, bu da ümumi zəiflik əmələ gətirir. Mətbəxdə sintetik materiallardan istifadə etmək məsləhət görülmür. Plastik materiallar mexaniki zədələnmələr baxımından davamlı olsa da, gigiyenik deyillər. Bu məhsullar temperatur artdıqca özlərindən xoşagəlməz qaz buraxırlar. Ona görə də mətbəxdə ekoloji zərərsiz təbii materiallardan istifadə etmək daha məqsədəuyğundur”.

Mütəxəssis mənzillərdə havalandırma məqsədilə istifadə edilən kondisionerlərin faydalarından da danışıb: "Kondisionerlər otaqda havanın temperaturunu normaya salmaqla yanaşı, istidən, çirkli havadan, pozitiv aeroionlardan, quru və zərərli tozlardan xilas edə bilər. Kondisioner işlədiyi zaman evin temperaturunu 20 dərəcədən aşağı salmaq olmaz. İnsanların əksəriyyəti məişət kondisionerlərinin küçədəki havanı evə ötürdüyünü düşünürlər. Əslində bu, belə deyil. Müasir kondisionerlərin havalandırma rejimi yalnız kanal və kaset tipli olduğu üçün evlərə havanı təmizləyərək verə bilir. Belə kondisionerlərdə filtrlər var. Bu filtrlər ağciyərləri siqaret tüstüsü, qoxular, toz və başqa zərərli maddələrdən qoruyur. Filtrləri dəyişməyə ehtiyac yoxdur, lakin arabir onları ilıq su ilə yumaq lazımdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video