23:44 10 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Məktəbli çantası çəkiyə uyğun olmalıdır
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:07 03.09.2018

Çanta məktəblilərin hər gün istifadə etdiyi əsas əşyalardan biridir. Ona görə də məktəbli çantasının seçiminə qayğı və diqqətlə yanaşılmalıdır. Seçim zamanı yalnız dizayn və fərdi üstünlüklər deyil, həkim tövsiyələrini də nəzərə almaq vacibdir. Ümumiyyətlə bu sahədə müəyyən tibbi normalar var.

AZƏRTAC xəbər verir ki, həmin normalara əsasən uşaq öz çəkisinin 10-12 faizindən artıq çəki qaldırmamalı və daşımamalıdır. Uşağın çəkisi 30 kiloqramdırsa, onun məktəbli çantası 3,6 kiloqramdan artıq olmamalıdır.

Ağır çanta qaldıran və daşıyan məktəblilərin onurğa sütunu böyük təhlükə altında olur. Uşağın qaməti pozulur, nəticədə müxtəlif onurğa əyrilikləri meydana çıxır. Həmçinin belə yüklənmə fəqərələrarası disklərin sağlamlığına çox mənfi təsir edir və gələcəkdə onların daha tez dağılması və yırtıqların əmələ gəlməsinə səbəb ola bilər. Uşağın onurğa sütunun formalaşmaması və kifayət qədər zəif olması pozulmaların əmələ gəlmə ehtimalını da artırır. Belə ki, ağır çanta daşıyan məktəblilər əyilməyə məcbur olur. Bu, qeyri-normal duruş səbəbilə uşağın diafraqması qarnına sıxılır, nəticədə daxili orqanlarda sıxılma, gərginlik, eləcə də qan dövranında pozulmalar əmələ gəlir . Bundan başqa ağır çanta uşaqlarda travma ehtimalını da artırır. Məsələn, uşaq pilləkənlə qalxdıqda tarazlığını saxlaya bilməyib yıxıla bilər.

Düzgün seçilən məktəbli çantası nəinki şagirdin yükünü azaldır, həm də onun sağlamlığını qorumağa kömək edir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM