Məhsuldarlıq sözünü deyir
2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə ötən il ərzində iqtisadi və sosial sahədə görülən işlər müzakirə olunmaqla yanaşı, müxtəlif sahələrin inkişaf perspektivləri ilə bağlı mühüm vəzifələr də müəyyən edilmişdir. Prezident İlham Əliyev müşavirədə qeyd etmişdir ki, pandemiya dövründə iqtisadi artımda müəyyən geriləmənin olması təbiidir. Bununla belə ölkəmizin qeyri-neft sənayesində 11, kənd təsərrüfatında 2 faiz artım qeydə alınıb. Aqrar sektor üzrə bu artım bitkiçilikdə 1, heyvandarlıqda isə 2,9 faiz olub.
İndi dünyada kənd təsərrüfatı strateji sahəyə çevrilib. Bunun birinci səbəbi əhalinin sayının sürətlə çoxalması nəticəsində ərzağa tələbatın artmasıdır. İkinci səbəb isə iqlim dəyişikliyi səbəbindən təbii yolla məhsul istehsalının artımında olan geriləmələrdir. İndi əkin sahələrinin suvarılmaya daha çox ehtiyacı var. Əvvəllər yağan yağış və qar bir çox hallarda suvarmaya olan ehtiyacı minimuma endirirdi. Bu gün ölkəmizin bir sıra ərazilərində səpin həyata keçiriləndən sonra günlərlə yağış yağmır ki, bu da bitkilərin inkişafına mənfi təsir göstərir, məhsuldarlığı aşağı salır.
Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin başlıca qarantı olduğu üçün dövlətimiz bu sahənin inkişafına daim dəstək verir. Aqrar sektorun inkişafı eyni zamanda ölkənin gəlirlərinin artırılmasına müsbət təsir göstərən faktora çevrilib. Səbəb qeyd etdiyimiz kimi, dünyada əhalinin sürətlə çoxalmasından kənd təsərrüfatı məhsullarına tələbatın artmasıdır. Tələbat artanda isə məhsulun qiymətinin yüksəlməsi qaçılmaz olur. Odur ki, artıq aqrar sektor dünyada əvvəlkindən fərqli olaraq yaxşı gəlir gətirən sahəyə çevrilib.
Ölkəmizdə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul olan fermerlər dövlətdən böyük dəstək alırlar. İndiyədək elektron kənd təsərrüfatı sistemində 546 mindən çox fermer qeydiyyatdan keçib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 100-dən artıq özəl şirkət vasitəsilə 3000 fermerə 7260 kənd təsərrüfatı texnikasının, həmçinin 8758 baş damazlıq heyvanın satışı maliyyələşdirilib. Keçən il həmçinin 3400-dən çox fermerə mikrokreditlər verilib.
Məlumdur ki, kənd təsərrüfatında hər bir məhsulun özünün yetişdirilmə vaxtı var. Bu üzdən vaxt itkisi məhsul itkisinə səbəb olur. Odur ki, pandemiya dövründə aqrar sektorda işlərin fasiləsiz görülməsinə xüsusi diqqət yetirilir. İtkiyə yol verməmək üçün kənd təsərrüfatı texnikalarından daha səmərəli istifadə olunması daim diqqətdə saxlanılır. Məsələn, ölkənin cənub hissəsində taxıl dağlıq ərazilərə nisbətən daha tez yetişir. Odur ki, cənub rayonlarında taxıl biçildikdən sonra həmin texnikalardan dağlıq və dağətəyi rayonlarda istifadə edilir. Bu isə biçinin optimal müddətdə və itkisiz başa çatmasına imkan yaradır.
Keçən il ölkə üzrə 1 milyon hektardan artıq sahədə taxıl əkilmişdi. Amma havaların quraqlıq keçməsi səbəbindən 100 min hektar əkin sahəsində çıxış olmamışdı. Bu halda digər sahələrin vaxtında suvarılması və lazımi aqrotexniki tədbirlərin görülməsi köməyə gəldi. Nəticədə taxılçılıqda məhsuldarlıq ölkə üzrə hər hektardan orta hesabla 31,2 sentnerə çatdı. Üstəlik, suvarma problemi yaşanmayan sahələrdə məhsuldarlıq 40 sentnerədək yüksəldi. Bir çox iri fermer və pilot təsərrüfatında isə bu göstərici daha yüksək - 60 sentner oldu.
Bu rəqəmlər bir daha göstərir ki, aqrar sektorda məhsuldarlığın yüksək olmasında su önəmli rol oynayır. Ona ğörə də su çatışmazlığı problemini aradan qaldırmaq məqsədilə ölkəmizdə koordinasiya komissiyası yaradılıb. Komissiya həm də fermerlərin suvarma suyuna olan tələbatının ödənilməsində ədalət prinsipini bərpa edir. Yeri gəlmişkən bildirək ki, Kənd Təsərrüfatı Nazirliyi “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə suyun bölüşdürülməsini tənzimləmək üçün 57 rayon üzrə 674 mindən çox su qrafiki tətbiq edib. Hazırda əkin sahələrinin suvarılması bu yolla həyata keçirilir.
Keçən il kənd təsərrüfatında bitkiçilik məhsullarının artımı müşahidə edilib. İlkin məlumatlara görə, ölkə üzrə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox tərəvəz, 4,2 faiz çox meyvə və giləmeyvə, 15 faiz çox tütün, 2,1 faiz çox kartof istehsal edilib. 2020-ci il həmçinin pambıqçılıq üçün də uğurlu olub. Belə ki, 100 min hektar pambıq sahəsindən 335 min tondan çox məhsul götürülüb, orta məhsuldarlıq 2019-cu illə müqayisədə 4 sentner artaraq 33,5 sentnerə çatıb. Tütünçülük üzrə məhsuldarlıq isə 2019-cu illə müqayisədə 19,3 sentnerdən 22,1, şəkər çuğunduru üzrə 328 sentnerdən 481, çəltik üzrə 29,9 sentnerdən 32,8 sentnerə yüksəlib.
Heyvandarlığın inkişafına da diqqət artırılıb. Xüsusilə daha çox ət və süd məhsulları istehsalına imkan verən yeni cins mal-qaranın baş sayının artırılmasına kifayət qədər böyük maraq var. Bunun üçün yeni damazlıq təsərrüfatları da yaradılıb. Nəticələr özünü çox gözlətməyib: ötən il ət istehsalında 3,1, süd istehsalında isə 1,7 faiz artım qeydə alınıb.
Son dövrlər aqrar sektorda bağçılığın inkişafı da unudulmur. Hazırda yüksək əlavə dəyər yaradan intensiv və superintensiv bağlar ümumi bağların 14 faizini təşkil edir. Dövlət yüksək məhsuldarlığa malik olan intensiv üsulla fındıq, zeytun, nar və sitrus bağlarının salınması üçün cari ildə fermerlərə birdəfəlik əlavə dəstək verəcək. Bu dəstək, sözsüz ki, ölkədə meyvəçilikdə daha yüksək göstəricilərə nail olmağa, həmçinin ixracı artırmağa imkan yaradacaq.
Prezident İlham Əliyev sözügedən müşavirədə bağçılığın inkişafının önəmini vurğulayaraq demişdir: “Kənd təsərrüfatı məhsullarının çeşidini artırmalıyıq. Ənənəvi bazarlar qalmaq şərti ilə biz yeni bazarlara çıxmalıyıq. Hesab edirəm ki, azad olunmuş torpaqlarda kənd təsərrüfatı, xüsusilə bağçılıq sahəsində çox ciddi inkişaf edə bilər. Çünki meyvə məhsulları istənilən bazarda qəbul olunur. Burada ənənəvi bazarlarımızın iqlimini nəzərə alsaq, əlbəttə ki, bizim meyvəmizlə heç bir başqa meyvə rəqabət apara bilməz”.
Bu keyfiyyətləri torpağımızda yetişən bir çox digər məhsullara da şamil etmək olar.
Rüstəm KAMAL,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!