Madriddə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
İspaniyanın paytaxtı Madrid şəhərində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib, bu qətliamın təcavüzkar erməni millətçilərinin əsrlərboyu xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsi olduğunu qeyd edib.
XX əsrin ən qanlı qırğınlarından birinin təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində törədildiyini qeyd edən səfir A.Məhərrəmov Xocalı soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın qətlə yetirildiyini, 1275 dinc sakinin əsir götürüldüyünü, 155 nəfərin itkin düşdüyünü vurğulayıb.
Xocalı soyqırımına hüquqi-siyasi qiymətin ilk dəfə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirən səfir 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevral tarixinin “Xocalı soyqırımı günü” kimi qəbul edildiyini diqqətə çatdırıb.
Diplomat diqqətə çatdırıb ki, dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq hüquqi və siyasi sənədlərin qəbul edilməsinə baxmayaraq, insanlıq əleyhinə olan bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməməsi təəssüf doğurur.
Səfir A.Məhərrəmov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası barədə məlumat verərək, aksiyanın əsas məqsədinin Xocalıda törədilən soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı qurbanlarının xatirəsinin yad edilməsi olduğunu vurğulayıb.
Qeyd olunub ki, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan xalqına qarşı amansız qəddarlıqlar törətmiş Ermənistan istər torpaqlarımızı işğal altında saxladığı 30 ilə yaxın dövr ərzində, istərsə də 2020-ci il 27 sentyabr-10 noyabr tarixlərində Vətən müharibəsi zamanı qadınlar və uşaqlar da daxil olmaqla, dinc əhalini məqsədli şəkildə hədəf almış, özünün əsl təcavüzkar simasını növbəti dəfə nümayiş etdirmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin sıx məskunlaşdığı, Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərinin ballistik raket atəşinə tutulması, bunun nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla, çox sayda mülki sakinin həyatını itirməsi, ictimai və mülki obyektlərə böyük ziyanın dəyməsi bunun bariz nümunəsidir.
Mənfur düşmən tərəfindən Azərbaycana qarşı törədilmiş hərbi təcavüz, terror aktları xalqımızın iradəsini sarsıda bilməmiş, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində parlaq Qələbə qazanaraq, 28 ildir Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərini, o cümlədən Azərbaycan musiqisinin beşiyi olan qədim Şuşa şəhərini işğaldan azad edib.
Xüsusi olaraq vurğulanıb ki, 30 ilə yaxındır Ermənistanın işğalı altındakı Azərbaycan ərazilərinin azad olunması nəticəsində regionda sülh və sabitlik bərqərar olub, Ermənistan tərəfindən vandalizmə məruz qalmış Azərbaycan torpaqları yeni quruculuq və inkişaf dövrünə qədəm qoyub.
Bu gün bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının xatirəsini böyük fəxr hissi və ehtiramla yad edirik. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində və qəhrəman Azərbaycan övladlarının misilsiz şücaəti və igidliyi sayəsində bu gün ölkəmiz daha parlaq gələcəyə doğru inamlı addımlarla irəliləyir.
Sonra Türkiyənin İspaniyadakı səfiri Cihad Erginay çıxış edərək, Xocalı qətliamının yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət əməli olduğunu, bu cinayəti törədənlərin cəzalandırılmasının vacibliyini vurğulayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının məfkurəyə çevrilərək iki qardaş ölkə arasında münasibətlərinin simvoluna çevrildiyini qeyd edən Cihad Erginay Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.
Mərasimdə çıxış edən Madrid Muxtar Universitetinin professoru Anxel Rodriges Xocalı qətliamının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarının, xüsusilə insan hüquqlarının kobudcasına pozularaq soyqırımı cinayətinin törədildiyini deyib. Azərbaycan ərazilərinin işğalı zamanı vandalizm aktlarının törədilməsinə diqqət çəkən A.Rodriges işğaldan azad edilmiş ərazilərdə tarixi, dini, mədəni abidələrin Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə dağıdıldığını bildirib.
Çıxışlardan sonra “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış, müxtəlif dillərdə Xocalı soyqırımı ilə bağlı faktları və çağırışları özündə əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib.
Tədbir zamanı qonaqlar Xocalı faciəsinə həsr edilmiş müxtəlif çap, audio və video materiallarla tanış olublar.
Nümayiş olunan materiallar iştirakçılar tərəfindən böyük kədər hissi ilə qarşılanmış, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı cinayəti qətiyyətlə pislənib.
Anım mərasimi zamanı Xocalı soyqırımının dəhşətlərini əks etdirən kitab, jurnal, habelə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dərc olunmuş məlumat kitabçaları, broşürlər və posterlər tədbir iştirakçılarına paylanıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!