Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında
Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında
Müharibə vərdişlərinə yiyələnmiş döyüşçülərə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib
Heydər Əliyev Sarayı və Bilkent Simfonik Orkestri birgə konsert proqramları hazırlayacaqlar
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
“Avropanın idman paytaxtı – 2021” müsabiqəsinin nəticələri açıqlanıb.
AZƏRTAC “Euro-pulse” nəşrinə istinadla xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, Lissabon 2021-ci ildə “Avropanın idman paytaxtı” seçilib.
Müsabiqənin ötənilki qalibi olan İspaniyanın Malaqa şəhəri COVID-19 pandemiyası səbəbindən təxirə salınmış tədbirlərin bir qismini keçirmək üçün bu titulu 2021-ci ilin iyuluna qədər özündə saxlayacaq.
Lissabonda diqqət küçə idman növlərinə yönəldiləcək. Bununla belə, məhdudiyyətlərə riayət etmək vacib amillərdən olacaq. Yarışlar zamanı sosial məsafəni qorumaq, iştirakçıların sayını məhdudlaşdırmaq və hər kəsin qoruyucu tibbi maskadan istifadə etməsi tələb olunacaq.
“Avropanın idman paytaxtı” adı Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası tərəfindən 2001-ci ildən etibarən 500 mindən çox əhalisi olan Avropa şəhərlərinə verilir.
Federasiya, həmçinin hər il 9-dan 19-dək şəhəri “Avropanın idman şəhəri” titulu ilə də təltif edir. Gəncə 2019-cu il üçün “Avropa idman şəhəri” tituluna layiq görülüb. Gəncə MDB məkanında bu ada layiq görülən ilk şəhər olub.