28 Fevral 2019 13:50
1651
Səhiyyə
A- A+

Körpənin bədən temperaturunun düzgün ölçülmə qaydası


Sağlam uşaqlarda bədən temperaturu böyüklərdə olduğu kimi 36,0-36,6 dərəcədır. Amma böyüklərdən fərqli olaraq sağlam uşaqlarda temperatur gün ərzində dəyişə bilər. Uşaqlarda ən aşağı temperatur səhər saatlarında, nisbətən yüksək temperatur isə axşamüstü saat 16-18 radələrində müşahidə edilir. Lakin uşağın bədən temperaturu arasında fərq çox olmur. Daha çox fərq isə uşağın ümumi vəziyyətindən və yaşından asılıdır.

Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a müsahibə verərkən deyib ki, əgər uşaq aktiv hərəkətdədirsə, yəni qaçıbsa, bədən temperaturu sakit vəziyyətə nisbətən 37 dərəcə, bəzən 37,5 də ola bilər. Nisbətən böyük yaşlı uşaqlarda isə bədən temperaturu onun vəziyyətindən az asılıdır. Həkim-pediatr onu da qeyd edib ki, yeni doğulmuş uşaqlarda və südəmər körpələrdə bədən temperaturu qış gecələrində normadan aşağı ola bilər. Eləcə də isti yay günlərində bədən temperaturu 37,2 – 37,5 dərəcə arasında dəyişir. Bu, onlarda mərkəzi sinir sisteminin tam formalaşmaması ilə izah edilir. Elə buna görə də körpə uşaqların bədəni tez qızıb soyumağa meylli olur. Həmin vəziyyətdə uşaq özünü yaxşı hiss edirsə, narahat olmaq məsləhət deyil.

Onun dediyinə görə, əksər həkimlər temperaturun ölçülməsi üçün adi civəli termometrdən istifadə etməyin daha yaxşı olduğunu hesab edirlər: "Elektron termometrlər daha rahat olsa da, daha tez-tez "səhv edirlər”. Körpənin şəxsi termometri olmalı və hər dəfə istifadə edilməzdən əvvəl spirtlə silinməlidir.

Bədən temperaturunu uşaq arxası üstə uzanarkən ölçmək daha yaxşıdır. Ölçmə zamanı qoltuqaltı nahiyə quru olmalıdır. Uşaq tərlidirsə, əvvəlcə qoltuğun altını silmək, termometri qoltuqaltı nahiyəyə qoyandan sonra onun sürüşüb düşməməsinə nəzarət etmək lazımdır. Civəli termometrlə temperaturun ölçülmə müddəti 5-7 dəqiqədir. Uşaq bürünmüş haldadırsa, temperaturu ölçmək lazım deyil. Bu, körpələrdə temperaturun nəticəsinə təsir göstərə bilər. Uşaq dilxor, yorğun və əsəbi olduqda, ağladığı vaxt və s. hallarda temperatur ölçməyi təxirə salmaq lazımdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video