08:17 02 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:55 02.03.2021

Paşinyan referenduma gedir


00:37 02.03.2021

BİLDİRİŞ


00:37 02.03.2021

BİLDİRİŞ


00:35 02.03.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kondisioner işlədərkən gözlənilməli qaydalar
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:10 30.06.2020

İsti yay günlərində qapalı məkanlarda ən çox ehtiyac duyulan məişət əşyalarından olan kondisionersiz ötüşmək çox çətindir. Lakin ondan istifadə olunması bir sıra sağlamlıq problemləri yaratdığına görə bəzi məsləhətləri nəzərə almaq lazımdır.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AZƏRTAC-a deyib: "Soyuq havanın birbaşa insanın üzərinə vurması əzələlərdə, sümüklərdə və oynaqlarda ağrı yaranmasına səbəb olur. İnsanda xroniki xəstəliklər olduqda sərin havanın həmin xəstəlikləri daha da aktivləşdirməsi nəticəsində baş ağrısı, burun tutulması və ödemlərin yaranmasına aparıb çıxarır”.

Həkimlərin dediyinə görə, yayda kondisioner olan yerin temperaturu daim nəzarətdə saxlanılmalıdır. Bayırdakı hava ilə kondisioner olan otağın temperatur fərqi 10 dərəcədən çox olmamalıdır. Kondisioner sağlamlıqla əlaqədar problem yaradarsa, ya ondan ümumiyyətlə istifadə etməmək, ya da otaqda və ofisdə nəmləndirici qurğular yerləşdirmək məsləhətdir.

"Kondisioner allergik xəstəliyi olanlara zərərli təsir göstərir, nəfəs yollarında və ağız boşluğunda quruluq yaradır. Bu, kondisionerdən gələn soyuq hava axının otaqda olan toz, bakteriya və virus qabarcıqlarını sirkulyasiya etməsi nəticəsində nəfəs yollarına düşən allergenlərin sayəsində baş verir”, - deyə həkim-terapevt əlavə edib.

Kondisioner adətən otağın yuxarı hissəsində yerləşdirilməli və hava axını qətiyyən aşağı vurmamalıdır. Hava isti olanda insanın tərli-tərli soyuq hava axınını öz üzərinə yönəltməsi çox təhlükəlidir. Soyuq hava uzun müddət bir yerə təsir edəndə soyuqdəymə xəstəlikləri yarada bilər.

Kondisioner oksigenin miqdarını azaltdığına görə olduğu məkanın havası mütəmadi olaraq dəyişdirilməli və ayda bir dəfə tozu təmizlənməlidir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM