22:49 10 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kompüter monitoru görmə itiliyinin itirilməsinə səbəb olur
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
12:59 03.09.2018
Kompüter monitoru arxasında saatlarla oturmaq müəyyən fəsadlara səbəb olur.
AZƏRTAC xəbər verir ki, oftalmoloqlar quru göz sindromu, qıcıqlanma hissi, eləcə də bir sıra digər göz xəstəliklərinin yaranmasını bununla əlaqələndirirlər.
Alimlər müəyyən ediblər ki, göz üçün ekran şriftinin ən optimal ölçüsü 10-12 olmalıdır. İnsan gözü daha çox uzağa baxmağa, əşyaları işığın əks olunması şəraitində görməyə uyğunlaşıb. Kompüter monitoru işığı əks etdirmədiyindən zamanla gözün görmə itiliyinin itirilməsinə səbəb olur.
Kompüter monitorlarının bütün növləri, hətta maye kristallı olanlar da gözlər üçün çox zərərlidir. Bu, əslində istifadəçinin kompüter monitoru arxasında gözlərin daha az qırpılmasından qaynaqlanır. Görüntülərin detallarını yaxşı görmək üçün gözləri qırpmaq vacibdir. Lakin gözlər nə qədər çox qıyılirsa, bir o qədər az qırpılır. Göz maksimal gərginliyə çatdıqda isə qırpma tezliyi dörd dəfə azalır. Qırpma nəticəsində gözlər kifayət qədər nəmlənmir, nəticədə diskomfort, quruluq və qıcıqlanma hiss olunur. Ona görə də həkimlər kompüter arxasında işləyənlərə gözlərini tez-tez qırpmağı və süni göz damcıları preparatlarından istifadə etməyi məsləhət görürlər.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM