04:19 27 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.01.2021

Azadlıqdan dirçəlişə


01:16 27.01.2021

Ədəbi məclislər


01:15 27.01.2021

Şuşa qəza məktəbi


01:13 27.01.2021

BİLDİRİŞ


01:11 27.01.2021

BİLDİRİŞ


01:10 27.01.2021

BİLDİRİŞ


01:10 27.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kolumbiyada partlayış zamanı 14 nəfər xəsarət alıb
ANA SƏHİFƏ / DÜNYA
17:56 13.01.2021

 

Kolumbiyanın şimalında yerləşən Atlantiko departamentinin inzibati mərkəzi olan Barrankilya şəhərində naməlum şəxslər  partlayış törədiblər. Nəticədə azı 14 nəfər yaralanıb. Bu barədə "Sinxua" agentliyi şəhər meri Xayme Pumarexoya istinadən xəbər verib.

Bir yetkinlik yaşına çatmayan uşaq da daxil olmaqla bütün zərərçəkənlər yerli xəstəxanalara çatdırılıb.

İlkin məlumatlara görə, hücum şəhər tacirlərindən pul tələb edən cinayətkar təşkilat tərəfindən törədilib. Baş Prokurorluq və polis bu təşkilatla bağlı bir neçə ay ərzində araşdırma aparır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM