03:23 07 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:48 07.03.2021

Qan bahasına yaranan bayram


00:45 07.03.2021

İncə qəlblilər


00:40 07.03.2021

Yel çərşənbəsi


00:40 07.03.2021

Üçüncü çərşənbə


00:40 07.03.2021

Novruzun topları


00:39 07.03.2021

Baharın ilk müjdəçiləri


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kəndli razılıq edir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:28 24.01.2021

 

Özünüməşğulluq proqramı yerlərdə məmnunluqla qarşılanır

 

Ramiz Hüseynov Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayır. Ailəsi dörd nəfərdən ibarətdir - özü, həyat yoldaşı və iki azyaşlı uşağı. Sağlamlığı ilə bağlı problemi var, ikinci qrup əlildir. Həyat şəraitini yaxşılaşdırmaq üçün özünüməşğulluq proqramına qoşulmağı qərara alaraq Dövlət Məşğulluq Agentliyinin Biləsuvar şəhərindəki 14 saylı ərazi məşğulluq mərkəzi filialına müraciət etmişdir. Komissiya üzvləri heyvan saxlamağa imkanı olduğunu nəzərə alıb onu qeydiyyata götürmüşlər.

Qoyulmuş prosedur qaydalarını keçdikdən sonra keçən ilin noyabr ayında R.Hüseynova 21 baş qoyun verilib. Onlardan 20 başı dişi, 1 başı erkəkdir. Qoyunları qışdan sağlam və gümrah çıxarmaq üçün Ramizə 400 kiloqram qüvvəli yem də verilib. Üstəlik, qapısına gətirilməsi üçün sürücüyə verilən 40 manatı da dövlət ödəyib.

Bu günlər R.Hüseynovun dövlət dəstəyi ilə yaradılmış hələlik kiçik olan təsərrüfatı ilə tanış olduq. Qoyunları saxladığı tövləyə, habelə yem yığdığı talvara baxdıq. Normal idi. Dedi ki, sağ olsunlar, müraciətimi nəzərə aldılar:

“21 baş qoyun az deyil. Alıb gətirəndən sonra 5-i doğub, qalanları da boğazdır. Novruz bayramına kimi balalayarlar”. Sonra sözünə davam etdi: “Mən özüm baytar-texnikəm. Kənddə də gözümüzü açıb qoyun-quzu, mal-qara görmüşük. Onu saxlamaq mənim üçün çətin deyil. Hər gün səhər və axşamüstü yaxınlıqdakı çayın kənarına çıxarıb otarıram. Qoyunçuluq gəlir gətirən sahədir. Ancaq gərək zəhmətini çəkəsən, özünə əziyyət verəsən. O da zəhmətini itirməyəcək, birinin yerinə iki bala verəcək. Üstəlik, hələ yunu da var”.

R.Hüseynov şövqlə, həvəslə danışırdı. Arzuları da böyük idi. Bu isə başlıca şərtdir: “İnşallah, qoyunların sayını bu il 50 başa çatdıracağam. Öhdəmdə olan

2 hektar pay torpağımızın müəyyən hissəsini yonca əkmişəm ki, yem sarıdan korluq çəkməyim. Biçəcəyim yoncanı da vaxtında kip bağlatdıracağam. Qoyun zərif heyvan olduğu üçün gərək hər şeyi nəzərə alasan”.

İşsizlərin sayının azaldılması Azərbaycanda həyata keçirilən sosial siyasətin ən mühüm tərkib hissəsidir. Bununla əlaqədar dövlət ardıcıl tədbirlər görür. Artıq keçən ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin yerlərdə ərazi nümayəndəlikləri fəaliyyət göstərir. Biləsuvar şəhərində yerləşən 14 saylı ərazi məşğulluq mərkəzinin filialı Biləsuvar, Cəlilabad, Masallı və Yardımlı rayonlarının əhalisinə xidmət edir. Filialın həmin rayonların hər birində nümayəndəliyi var. Yeni qurum özünüməşğulluğun daha səmərəli, şəffaf və obyektiv təşkili ilə məşğuldur. Bu zaman ilk növbədə dövlətdən ünvanlı sosial yardım alanlar, əlillər, işsiz kimi bir ildən artıq qeydiyyatda olanlar, pensiya yaşına 2 ildən az qalanlar, habelə cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslər nəzərə alınır. Özünüməşğulluq proqramı zamanı əsasən həmin kriteriyalara üstünlük verilir.

Onu da qeyd edək ki, filial tərəfindən yaradılan komissiyanın tərkibi yerli inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin, digər müvafiq qurumların və ictimaiyyət nümayəndələrinin arasından seçilmiş şəxslərdən formalaşdırılır. Onlar birlikdə özünüməşğulluq üçün ərizə vermiş şəxsin mənzil-məişət şəraitini öyrənirlər. Müraciət edən şəxs özünüməşğulluqla bağlı lazımi şəraiti olduğu halda qeydiyyata alınır. Sonrakı mərhələdə istədiyi sahə üzrə özünüməşğulluqla əlaqədar təlimə cəlb edilir. Sertifikatı olan müəllimlər onlara işin xüsusiyyətlərini öyrətməklə yanaşı, biznes planı hazırlamağı da öyrədirlər. Bundan sonra onların bilik səviyyəsi komissiya tərəfindən yoxlanılır. Qiymətləndirmədən uğurla keçən şəxslər seçdiyi biznes planına uyğun aktivlərlə təmin olunurlar. Sonuncu mərhələ isə belədir: komissiya bir il müddətində monitorinqlər aparır, bir ildən sonra yoxlanılaraq əmlak vətəndaşın şəxsi mülkiyyətinə verilir. Prinsip ondan ibarərdir ki, verilən mülkiyyət bir il ərzində inkişaf etdirilir, vətəndaş dövlət asılılığından çıxır, təsərrüfatını genişləndirir və məhsul bolluğu yaradılmasında yaxından iştirak edir. Bütün bunlar R.Hüseynov kimi çoxlarının ürəyincədir. Düşüncə və ürəklə görülən hər bir iş isə səmərəsiz qalmır.

 

Seyran CAVADOV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM