08:20 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
01:40 13.04.2021

70 zirvəsi


01:34 13.04.2021

Banansız dünya


01:32 13.04.2021

BİLDİRİŞ


01:32 13.04.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kənd Təsərrüfatı Nazirliyinin layihəsi çərçivəsində heyvanların identifikasiyası həyata keçirilir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:47 03.03.2021

 

Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində ölkədə Heyvanların İdentifikasiya və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması prosesinə start verilib.

Nazirlikdən verilən məlumatda bildirilir ki,  prosesə başlamaq üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi təşkilat tərəfindən strategiya hazırlanıb. Hazırlanmış strategiya və texniki şərtlər əsasında proqram təminatının satınalınması üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredir və İnkişaf Agentliyi (AKİA) tərəfindən beynəlxalq seçim aparılıb. İtaliya, Çexiya, Şimali Makedoniya və Azərbaycan şirkətlərinin daxil olduğu konsorsiumla müqavilə imzalanıb.

Sistemin yaradılması layihənin heyvan sağlamlığı və baytarlıq xidmətinin inkişaf etdirilməsi komponentinin fəaliyyətləri sırasında nəzərdə tutulub. Sistem diri heyvanların və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsi, damazlıq, heyvan sağlamlığı və digər vacib modullardan ibarət olacaq. HİQS ölkədə elektron kənd təsərrüfatı və digər elektron sistemlərlə inteqrasiya olunacaq. Proqram təminatı yaradıldıqdan sonra seçilmiş ərazidə iribuynuzlu heyvanlar və atlarda identikləşdirmə aparılmaqla sistem sınaqdan keçiriləcək. Sistemin mərhələli şəkildə yaradılması və bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur.

HİQS-nin yaradılması ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və heyvandarlığın inkişaf etdirilməsində əhəmiyyətli rol oynayacaq. Layihənin benefisiarı Qida Təhlükəsizliyi Agentliyidir.

Layihənin heyvan sağlamlığı və baytarlıq xidmətinin inkişafı məqsədilə indiyədək gördüyü işlərdən ölkə üzrə brusellyoz xəstəliyinə qarşı uğurla həyata keçirilən yeni mübarizə proqramını, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsində təhsil proqramının beynəlxalq standartlara uyğunlaşdırılmasını və maddi-texniki bazanın gücləndirilməsi üçün 2 nümunəvi istehsalat fermasının yaradılmasını, özəl baytarlıq fəaliyyətinə keçidlə əlaqədar beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan üçün mexanizmin hazırlanmasını qeyd etmək olar.

Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin əsas məqsədi fermerlərin  yerli və beynəlxalq bazarlara çıxışının yaxşılaşdırılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün sanitariya və fitosanitariya sistemlərinin gücləndirilməsi, aqrobiznes dəyər zəncirləri üzrə modellərin yaradılması, maliyyə xidmətlərinin göstəriməsi, toxumçuluq sektorunun inkişaf etdirilməsi fəaliyyətləri icra olunur.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM