24 Oktyabr 2018 17:45
915
DÜNYA
A- A+

İnsan orqanizmində plastik kütlə aşkarlanıb


İnsan orqanizmində ilk dəfə olaraq plastik kütlə aşkarlanıb. O insan orqanizminə plastik qablarda yerləşdirilən su və qida məhsulları vasitəsilə daxil olur. Mikroplastikin insan daxili orqanlarına təsiri hələlik öyrənilməyib. Əvvəllər də dünyanın ən gözlənilməz yerlərində, məsələn Arktikada butulkalardakı su, kosmetika, geyim, balıq məhsullarında mikroplastik zərrəciklər tapılmışdı. Bu günlərdə alman tədqiqatçıları onları insan orqanizmində də aşkar ediblər.

AZƏRTAC xəbər verir ki, təcrübə məqsədi ilə dünyanın müxtəlif ölkələrində yaşı 33-dən 65-ə qədər olan könüllülər plastik butulkadakı su və plastik qablardakı qida məhsullarından istifadə ediblər. Yoxlanılan 8 nəfər arasında vegetarian olmayıb - onların hamısı ət, balıq və dəniz məhsulları ilə qidalanıb. Vyana Tibb Universitetinin alimləri bir həftədən sonra layihə iştirakçılarının analizlərini yoxladıqda, onların nəcisində plastik kütlə aşkar ediblər. Nümunələrdə 50-dən 500 mikrona qədər miqdarda mikroplastik zərrəciklər aşkar olunub. "Şpiegel” jurnalının məlumatına görə, onlarda elementlərin müxtəlifliyi, yəni PET və polipropilenin aşkar olunması tədqiqatçıları təəccübləndirib.

Mikroplastikin insan orqanizminə təsiri barədə bu günədək tamamlanmış bir tədqiqat yoxdur. Lakin okeanlarda yaşayan balina, köpək balığı və iri yırtıcı balıqların mədə və bağırsaqlarındakı plastik qabların zəhərli maddələrindən əziyyət çəkirlər. Bəzi heyvanların qanında, limfasında və qaraciyərində mikroplastik aşkar olunub. "Suddeutsche Zeitung” qəzetinin xəbərinə görə, hissəciklərin mədə-bağırsaq traktında iltihab proseslərinə səbəb olması barədə ilk sübutlar var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video