25 Fevral 2021 00:26
791
İQTİSADİYYAT
A- A+

İnnovasiyalar Agentliyi beynəlxalq sammitdə təmsil edilib

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi Beynəlxalq Elmi Parklar və İnnovasiyalar Assosiasiyasının (IASP) təşkilatçılığı ilə keçirilən “Let's talk” sammitində iştirak edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, yeni üzvlərin təqdim edilməsi məqsədilə keçirilən sammitdə elmi parklar və innovasiyalar mərkəzlərinin qarşılaşdığı yeni trend və çətinliklərdən bəhs olunub, həmçinin assosiasiyanın idarə heyəti və yeni üzvləri arasında müzakirələr aparılıb.

Onlayn keçirilən sammitdə İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli rəhbərlik etdiyi qurumun fəaliyyət sahələri barədə asossiasiyanın üzvlərini məlumatlandırıb. O, çıxışında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq İnnovasiyalar Agentliyinin bu yöndə gördüyü tədbirlərdən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan işlərdən danışıb.

Qeyd edək ki, Beynəlxalq Elmi Parklar və İnnovasiyalar Assosiasiyası (IASP) özündə 77 ölkədən 350 üzv və 115 mindən çox şirkəti birləşdirir. Təşkilatın başlıca məqsədi elmi parklar və innovasiya mərkəzləri arasında sıx əməkdaşlıq əlaqələri yaradılmasına kömək etmək, bu sahədə keçirilən konfrans və sammitlərin köməyi ilə beynəlxalq təcrübə mübadiləsini reallaşdırmaqdır.

Xatırladaq ki, İnnovasiyalar Agentliyi ötən ilin dekabr ayında regionda ilk olaraq Beynəlxalq Elmi Parklar və İnnovasiyalar Assosiasiyasının tam üzvü seçilib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video