05:33 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
00:36 26.02.2021

Bu dərdin adı Xocalı...


00:33 26.02.2021

Deyirəm nə ola...


00:32 26.02.2021

BİLDİRİŞ


00:31 26.02.2021

BİLDİRİŞ


00:31 26.02.2021

BİLDİRİŞ


00:29 26.02.2021

BİLDİRİŞ


00:29 26.02.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlham Əliyev Kəlbəcəri bizə qaytardı
ANA SƏHİFƏ / SİYASƏT
00:41 28.11.2020


Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Şuşanın, Ağdamın ardınca Kəlbəcərin də işğaldan azad olunması bütün ölkə ictimaiyyətinin dərin coşqusu ilə qarşılanmışdır.

Biz kəlbəcərlilər bu tarixi günü 27 ildən çox idi ki, dərin intizarla, həsrətlə gözləyirdik. Bu illərdə heç vaxt ümidimizi itirmədik, həmişə torpaqlarımızın işğaldan azad olunacağına inandıq.

Hər birimiz bizə yaşatdığı bu hisslərə, Kəlbəcəri işğaldan azad etdiyinə, ən böyük arzumuzu yerinə yetirdiyinə görə Prezident İlham Əliyevə hədsiz minnətdarıq. Bu Qələbənin müəllifi, bu savaşın fatehi İlham Əliyevdir. Məhz İlham Əliyevin milli maraqlarımızı qətiyyətlə təmin edən siyasəti sayəsində Ermənistanın işğalına son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

Kəlbəcərin 1993-cü ilin aprelində işğal olunması ölkədə hakimiyyətdə olan iqtidarın yarıtmaz siyasətinin nəticəsi idi. Bu sətirləri yazarkən həmin günlər kino lenti kimi gözümün önündən keçir. Hakimiyyət Kəlbəcəri başsız qoymuşdu, kəlbəcərlilər təpədən-dırnağadək silahlanmış erməni qoşunlarının qarşısında müdafiəsiz qalmışdılar. Bizi öz torpağımızdan zorakılıqla çıxardılar, qadınlar, uşaqlar dağ yolları ilə, ayaqyalın, piyada erməni təcavüzkarlarından qaçıb xilas olmağa çalışırdılar. Həmin günlərdə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak oldu, yüzlərlə kəlbəcərli girov və ya itkin düşdü və bu gün də onların bir qisminin taleyindən xəbər yoxdur.

Məcburi köçkün düşən kəlbəcərlilər Gəncədə, Bakıda, Goranboyda, Şəmkirdə, ümumilikdə 60-a yaxın rayonda məskunlaşıblar. İlham Əliyevin məcburi köçkünlərə xüsusi qayğısının nəticəsi olaraq kəlbəcərlilər də hər bir şəraiti olan mənzillərlə təmin ediliblər. Biz bu diqqətə, qayğıya görə möhtərəm Prezidentimizə daim minnətdar olacağıq. Amma həyatda doğma yurdundan, ev-eşiyindən zorla çıxarılmaqdan ağır heç nə yoxdur. Üstəlik, o yerlərə qayıda bilməmək daha betər əzabdır. Biz isə səfalı yerlərdən, təmiz havalı dağlardan, sərin bulaqlı ellərdən uzaq düşmüşdük. Üstəlik, yurd yerlərimizdə ermənilərin gətirilib məskunlaşdırıldıqlarını biləndə ürəyimiz qan ağlayırdı. Artıq bitdi bu əzablar, Ali Baş Komandan İlham Əliyev Kəlbəcəri bizə, öz doğma sahiblərinə qaytardı.

Kapitulyasiya edilən Ermənistan İlham Əliyevin şərtlərini qəbul edərək əvvəlcə Kəlbəcərin noyabrın 15-dək boşaldılacağı barədə öhdəlik götürmüşdü. Lakin sonradan Ermənistan möhlət istədi. Azərbaycan humanistlik edərək müddətin 10 gün uzadılmasına razılıq verdi. Amma biz bunun əvəzində bir daha çirkin erməni xislətinin təzahürünü gördük. Qanunsuz məskunlaşdırmadan sonra bizim evlərimizdə yaşayan və bu günlərdə rayonumuzu tərk edən ermənilər hansı vandal hisslərin daşıyıcıları olduqlarını bütün dünyaya göstərdilər: evlərimizə od vurdular, təbiətimizə qənim kəsildilər.

Noyabrın 25-də xalqımıza müraicət edərək Kəlbəcərin azad olunması münasibətilə həmvətənlərimizi təbrik edən Prezident İlham Əliyev bu məsələyə də toxunaraq dedi: "Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik!”

Dekabrın 1-də Laçın rayonu da ordumuzun nəzarətinə keçəcək. Yaxın gələcəkdə isə Cocuq Mərcanlının yenidən qurulması zamanı elan olunan Böyük Qayıdış proqramının icrasına başlanacaq. Prezident İlham Əliyevin inkişaf siyasətinin nəticəsi olaraq işğaldan azad edilmiş bütün yurd yerlərimiz, o cümlədən Kəlbəcər də yenidən qurulacaq, kəlbəcərlilər doğma el-obalarına qayıdacaqlar.

Aqil MƏMMƏDOV,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM