İlham Əliyev 39 ildən sonra Şuşaya qalib olaraq gəldi
Müzəffər Ali Baş Komandan Azərbaycan bayrağını Qarabağın qəlbində ucaltdı
Füzuli, Cəbrayıl, Ağdam, Zəngilan və Qubadlıdan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev növbəti səfərini Qarabağın tacı, Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşa şəhərinə etdi. Bu həm də Azərbaycan Prezidentinin 2021-ci ildə regionlara ilk səfəri idi. Bu baxımdan Şuşanın işğaldan azad olunması 44 günlük Vətən müharibəsinin ən böyük hərbi-siyasi hadisəsi idisə, ilk daxili səfərin Şuşaya edilməsi də özlüyündə rəmzi əhəmiyyət daşıyırdı.
İlham ƏLİYEV: “Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib!”
Prezident İlham Əliyev üçün bu səfərin yanvarın 14-də gerçəkləşməsinin ayrı rəmzi mənası da var. Düz 39 il əvvəl, 1982-ci ilin 14 yanvar tarixində Şuşada Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılışı olmuş və həmin tədbirdə İlham Əliyev də iştirak etmişdi.
Bu səfərin İlham Əliyev üçün xüsusi bir tarixi önəmi həm də ondan ibarətdir ki, o, son 30 ildə Şuşaya səfər edən ilk Azərbaycan Prezidentidir. İlham Əliyev həm də bu müqəddəs ünvana qalib,
44 günlük müharibənin Müzəffər Ali Baş Komandanı kimi gəlmişdi. “Bu dəfə Müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!”, - deyə İlham Əliyev Şuşadan bəyan etdi.
Bəli, Şuşa Azərbaycandır, onun əsl sahibləri geri qayıdıb. Şuşa xalqımızın elə bir möhtəşəm mədəni abidəsidir ki, düşmən onu 28 ildə erməniləşdirə bilmədi. Onun hər küçəsi bir tarix, hər daşı bir mənəvi xəzinədir, xalqımızın milli-mədəni sərvətidir. Bu şəhər 28 il yarım davam edən işğal dövründə erməniləri qəbul etmədi. Şuşa onlar üçün əvvəldən yad idi, işğal dövründə də yad olaraq qaldı. İlham Əliyevin dediyi kimi, Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.
Şəhərin işğalı AXC-Müsavat cütlüyünün xəyanətinin nəticəsi idi
Şuşa kifayət qədər mühüm strateji məkanda yerləşir. Şəhərin təbii relyefi onu düşmən hücumundan olduqca güclü və möhkəm bir şəkildə mühafizə edir. Ona görə 1992-ci ildə şəhərin ermənilər tərəfindən işğal edilməsi Birinci Qarabağ müharibəsinin ən ağrılı hadisəsi olmuşdu. Lakin Şuşanın işğalı Ermənistanın hərbi imkanlarının nəticəsində baş verməmişdi. Ermənistan heç vaxt Azərbaycandan güclü olmayıb və o dövrdə Şuşanın işğalı Azərbaycanda gedən siyasi çəkişmələrin, hakimiyyət uğrunda mübarizənin nəticəsi idi.
Prezident İlham Əliyev Şuşada hərbçilərlə görüşü zamanı bu barədə danışaraq AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşanın işğal olunduğunu bildirdi: “Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir.
1992-ci ilin mayında ovaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü”.
Şuşanın, daha sonra Laçının işğal olunması hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün siyasi hoqqalarının nəticəsi idi ki, bu da vətənə xəyanətdən başqa bir şey deyildi. Şuşanın işğalı ilə Ermənistan Dağlıq Qarabağda strateji üstünlüyünü təmin etdi. Laçının işğalı ilə düşmən Ermənistandan Qarabağa gedən yollara nəzarəti ələ keçirdi. Bununla da Azərbaycanın digər rayonlarının işğalı üçün münbit şərait yarandı. AXC-Müsavat qaragüruhu isə bu hadisələrdən sonra Azərbaycanda hakimiyyətə gəldi və yürütdüyü siyasətlə tariximizin növbəti qara səhifələrini yazdı.
Qələbə yolu
44 günlük müharibənin hər günü Azərbaycan Ordusunun irəliləməsi, torpaqlarımızı işğaldan azad etməsi ilə əlamətdar oldu. Hər gün kəndlərimiz işğaldan azad edildi, hər gün düşmən döyüş meydanında haqlı cəzasına çatdı. Ordumuz irəlilədikcə isə bütün Azərbaycan ictimaiyyətinin, dünyanın hər yerində yaşayan soydaşlarımızın, dostlarımızın diqqəti Şuşaya yönəlmişdi. Hər bir kəs Şuşanın azad ediləcəyini nəinki gözləyirdi, həm də bu xəbəri mütləq eşidəcəyinə inanırdı. Prezident İlham Əliyev oktyabr ayında Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Şuşasız bizim işimiz yarımçıq olar” demişdi.
Həmin günlərdə Azərbaycan əsgəri Şuşaya doğru irəliləyirdi. Sıx meşələrlə, dağlarla irəliləyən ordumuz bu yolda qəhrəmanlıq nümunələri göstərdi. Düşmənin heç vaxt ağlına belə gəlməzdi ki, Azərbaycan əsgəri dağlardan, dərələrdən, sıldırım qayalardan dırmaşıb keçərək Şuşaya çata bilər. Lakin ordumuz mümkünsüz görünən bu işləri reallığa çevirdi.
Şuşa elə bir strateji məkanda yerləşir ki, təbii relyefi onu müdafiə edir. Lakin on kilometrlərlə dağları aşıb gələn Azərbaycan əsgərinin milli və döyüş ruhu qarşısında keçilməz nəsə ola bilməzdi. Biz öz şəhərimizi, doğma yurdumuzu azad etməyə gəlmişdik və istənilən maneəni dəf etməyə hazır idik. Və bu yolun sonu Şuşanın azad edilməsi oldu, noyabr ayının 8-i isə Zəfər Günü kimi tariximizə düşdü. Ali Baş Komandan İlham Əliyev Şuşaya qəhrəman əsgərlərimizin açdığı yolla getdi və onu Qələbə yolu adlandırdı: “Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib”.
Ermənilər 1992-ci ildə Şuşanı işğal edəndən sonra dırnaqarası əməliyyata “dağlarda toy” adı qoyaraq təbliğ edirdilər. Lakin ötən il noyabrın 8-də Azərbaycan Ordusu işğalçının cavabını verdi.
İlham Əliyevin dediyi kimi, indi biz onlara elə toy tutduq ki, bu dərsi əbədi yadda saxlayacaqlar.
İlham Əliyev Şuşaya şəhərin fatehi, İkinci Qarabağ müharibəsinin Müzəffər Ali Baş Komandanı kimi gəldi, Qarabağın qəlbində Azərbaycan bayrağını ucaltdı. Bundan sonra qarşıda duran əsas vəzifə düşmənin erməniləşdirə bilmədiyi, lakin bərbad vəziyyətə saldığı Şuşanın bərpasıdır. Şuşanı xalqımıza qaytaran İlham Əliyevin diqqəti və qayğısı ilə Qarabağın tacı yenidən qurulacaq və milli mədəniyyətimizin ünvanı kimi əvvəlki şöhrətini bərpa edəcək.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!