14 Yanvar 2021 15:47
668
Mədəniyyət
A- A+

ICESCO-nun baş direktoru ermənilərin hərəkətini qeyri-insani əməl və faciə adlandırıb

 

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş rayonlarda tarixi və mədəniyyət abidələrinin vəziyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, İranın bəzi elektron KİV-i ICESCO -nun baş direktorunun Azərbaycan səfərini diqqətdə saxlayaraq xəbər dərc ediblər. İQNA və Qafqaz.ir saytlarında dərc olunan xəbərlərdə deyilir ki, Səlim bin Məhəmməd əl-Maliki erməni işğalından azad edilmiş Ağdam rayonunda XIX əsrin abidəsi olan Ağdam məscidinin vəziyyəti ilə maraqlanıb və dağıdılmış rayon muzeyinə baxıb.

Azərbaycan rəsmiləri ilə işğaldan azad olunan rayonlardakı tarix və mədəniyyət abidələrinin dağıntılarına baxdıqdan sonra ICESCO-nun baş direktoru ermənilərin hərəkətini qeyri-insani əməl və faciə adlandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video