22 Yanvar 2021 16:50
688
DÜNYA
A- A+

ICESCO-nun Baş direktoru: Afrikada torpaqların şoranlaşması qitə əhalisinin 70 faizinin aclığı ilə nəticələnə bilər

 

Afrikada torpaqların sürətlə şoranlaşması qısa bir müddətdə qitə əhalisinin 70 faizinin aclıq fəlakəti ilə qarşılaşması deməkdir. Bu ciddi problemin həllinə nail olmaq məqsədilə innovasiya və müasir texnologiyalar tətbiq olunmaqla ekosistem, habelə bioloji müxtəlifliyi qorumaq, bu yolla kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla əhalinin ərzaq təhlükəsizliyini təmin etmək mümkündür.

AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının təşəbbüsü ilə videokonfrans formatında keçirilən kənd təsərrüfatında innovasiya və müasir texnologiyalar mövzusunda beynəlxalq konfransda təşkilatın Baş direktoru Salim bin Məhəmməd Əl-Malik söyləyib. Onun sözlərinə görə, Afrikada davam edən çölləşmə və torpaqların 46 faizinin yararsız hala düşməsi kənd təsərrüfatı məhsulları istehsalını 20 faiz azaldacaq. Bu isə, təxminən əhalinin 70 faizinin aclıq təhlükəsi ilə qarşılaşması deməkdir.

İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Korporasiyası (GIZ) və Nigeriya hökuməti ilə birgə keçirilən konfransda ərzaq təhlükəsizliyi üzrə ekspertlər çıxış edərək bildiriblər ki, Afrikada ekoloji sistemin pozulması və aclıq təhlükəsi bütün dünya üçün fəlakətə çevrilə bilər. Belə ki, quraqlıq və torpaqların şoranlaşması miqrasiya prosesini də sürətləndirəcək, habelə yeni münaqişə ocaqlarının yaranması ilə nəticələnəcək.

Almaniya hökumətinə Nigeriyada bu sahədə həyata keçirilən tədbirlərlə bağlı dəstəyə görə təşəkkür edən ICESCO-nun Baş direktoru qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat 2022-ci ildə üzv ölkələrdə innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqinə görə mükafat təsis edəcək, həmçinin bu sahədə alimlərin tədqiqatlarını dəstəkləyəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video