22:47 10 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır
ANA SƏHİFƏ / SİYASƏT
23:30 01.03.2021

 

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici kütləvi informasiya vasitələri üçün keçirdiyi mətbuat konfransında ifadə etdiyi fikirlər 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra regionda yaranmış vəziyyətin sülh, sabitlik və əməkdaşlıq müstəvisində inkişafı naminə edilmiş çağırışlardır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç ifadə edib.

O bildirib ki, mətbuat konfransında Prezident İlham Əliyevin jurnalistlərin 50-dən artıq sualını dörd dildə səlis və ətraflı tərzdə cavablandırması Azərbaycanın dövlət başçısının peşəkarlığından, əsl dövlət xadiminə xas xüsusiyyətlərindən xəbər verir.

Hulusi Kılıç deyib: “Hazırda Ermənistanın işğalçı siyasətinin uzun illər yaratdığı problemlərin ifşası, Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından beynəlxalq media qurumları ilə sıx əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu istiqamətdə savaş günləri yeni bir ənənənin təməlini qoyub. Müstəqilliyini bərpa edəndən sonra beynəlxalq media qurumları Azərbaycanla bağlı heç zaman indiki qədər geniş və əhatəli məlumat yaymayıblar”.

Səfir deyib ki, mətbuat konfransında iştirak edən xarici jurnalistlərin əksəriyyəti Xocalı soyqırımı, Qarabağ münaqişəsinin səbəbləri, işğaldan azad olunan ərazilərdə bərpa prosesi və hökumətin sərgilədiyi qətiyyətli mövqe barədə olduqca yeni informasiyalar əldə etdilər. Əminəm ki, vicdanlı, ayrı-ayrı siyasi qüvvələrin əlində alət olmayan media mənsubları bu mətbuat konfransından Qafqaz həqiqətlərinin dünya birliyinə düzgün çatdırılması istiqamətində böyük işlər görəcəklər. Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, bölgədəki sabitlik təkcə Azərbaycan üçün deyil, bütün xalqların və ölkələrin sülhə, sabitliyə və inkişafa ehtiyacı var.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM