Hökumət bu il görüləcək işləri və hədəfləri dəqiqləşdirdi
Prezident İlham ƏLİYEV: "Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır"
2021-ci ildə görüləcək işlər çoxdur. Bunlar Prezidentimizin vurğuladığı kimi, həm ənənəvi, yəni dövlət investisiya proqramında təsbit olunmuş, həm də azad edilmiş ərazilərdə görüləcək işlərdir. Bununla belə əsas diqqət azad edilmiş torpaqlara yönəldilir və bu sahədə ilkin infrastruktur layihələrinin icrasına artıq başlanıb.
Nazirlər Kabinetinin Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirəsində də 2021-ci ildə görüləcək əsas işlər, qarşıya qoyulan başlıca vəzifələr barədə söhbət getmişdir. Belə ki, Prezident
İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası və qarşıda duran hədəflərə nail olunması əsas fəaliyyət proqramıdır. Nazirlər Kabinetinin müşavirəsində də məhz Prezidentin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetlər səsləndirilmişdir.
Qeyd edilmişdir ki, dövlət başçısının tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanır. Bütün ərazilərin və şəhərlərin bərpası vahid konsepsiya əsasında həyata keçiriləcək.
Düşmənin dağıdıb yerlə yeksan etdiyi şəhər və kəndlərimzin hamısını yenidən tikib-quracaq, həmin ərazilərdə ən müasir infrastruktur yaradacağıq. İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınacaq. Yeni beynəlxalq hava limanlarının, avtomobil və dəmir yolu xətlərinin tikintisi bölgənin inkişafına əhəmiyyətli təkan verəcək.
Məlum olduğu kimi, Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu artıq çəkilir. Digər vacib bir layihəyə də start verilib ki, bu, Toğanalı- Kəlbəcər yoludur. Həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradılacaq. Horadiz-Füzuli, daha sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi nəzərdə tutulur. Laçın və Kəlbəcər rayonlarının birində müasir beynəlxalq hava limanı tikiləcək, hazırda bunun üçün yer axtarılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfər çərçivəsində Füzuli şəhərində tikilən beynəlxalq hava limanının təməlini qoyublar. Beləliklə, yaxın gələcəkdə Şuşaya gəlmək istəyən xarici qonaqlar rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəklər.
Xarici qonaqlar demişkən, qarşıda duran prioritetlərdən biri də Qarabağ bölgəsinin turizm marşrutlarının işlənib hazırlanmasıdır. Bu bölgənin zəngin turizm potensialı var. Qarabağın füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri onu Azərbaycanın əsas turizm zonalarından birinə çevirəcək.
İşğaldan azad olunmuş ərazilərdə torpağın münbitliyi orada bağçılığın, tərəvəzçiliyin, üzümçülük və taxılçılıq sahələrinin inkişafına geniş imkanlar yaradır. Qarabağ camaatının heyvandarlığın inkişaf etdirilməsi üçün də zəngin təcrübəsi var. Odur ki, prioritetlər sırasında bu sahələr də özünə yer alır.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar işlənib hazırlanmalıdır. Bütün ölkədə olduğu kimi, işğaldan azad edilmiş torpaqlarda da su ehtiyatlarından səmərəli istifadə məsələlərinə xüsusi diqqət yetirilməlidir. Həmin torpaqlarda ən müasir suvarma sistemləri yaradılmalıdır. Su ehtiyatları ilə bağlı problemlərin həlli ilə yanaşı, azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi nəzərdən keçirilməlidir. Bu ərazilərdə su mənbələrindən istifadə edilərək su elektrik stansiyalarının tikintisi imkanlarına baxılmalıdır.
İndi biz Böyük Qayıdışa hazırlaşırıq. İllərdir məcburi köçkün olan insanlar öz dəbə-baba yurdlarına qaytarılacaq və bu proses xüsusi proqram əsasında həyata keçiriləcək. Odur ki, işğaldan azad olunmuş ərazilərin bərpası məsələləri dövlət orqanlarının dövlət siyasətinin müxtəlif istiqamətləri üzrə fəaliyyətində prioritet təşkil etməli, cari və perspektiv işlər planları ilə əlaqələndirilməlidir.
Bütün bunlarla yanaşı, ölkəmiz cari ildə iqtisadi artımın bərpa edilməsinə nail olmalıdır. İnflyasiya meyillərinin qarşısı alınmalı, valyuta ehtiyatları səmərəli idarə edilməlidir. Kiçik və orta sahibkarlığın dəstəklənməsi, bu istiqamətdə proqramların davam etdirilməsi, ixrac imkanlarının genişləndirilməsi yenə də gündəmdədir. Özəl sektorun investisiya layihələrinin maliyyələşdirilməsinə cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığının təşviqinin davamı, dövlət investisiya layihələrinin səmərəliliynin təhlil olunması və sosial-iqtisadi sahələrə aid bir çox digər məsələlər prioritet vəzifələr sırasındadır.
İndi biz həmçinin postpandemiya dövrünə ciddi hazırlıq işləri görməli, orta və uzunmüddətli hədəflərimizi bir daha dəqiqləşdirməliyik.
Ölkəmizdə keçən il start verilmiş, lakin məlum səbəblərdən tam həcmdə tətbiq edilməmiş İcbari Tibbi Sığorta sistemi bu il iki mərhələdə həyata keçirilməlidir. “Nizami Gəncəvi ili”nin məzmunlu keçirilməsi üçün müvafiq fəaliyyət planı hazırlanmalıdır.
Bütün bunlarla və digər prioritetlərlə bağlı Prezident İlham Əliyev Nazirlər Kabinetinə müvafiq tapşırıqlar vermişdir. Dövlət başçısının dediyi kimi, planlarımız böyükdür: “Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir.”
Flora SADIQLI,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Erməniəsilli şəxs xarici işlər naziri oldu - Fələstində
29 Mart
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı bloklanıb
29 Mart
"Qarabağ" - "Braqa" oyununun hakimləri bəlli olub
29 Mart
Lavrov: Münasibətləri pozan Paşinyandı
29 Mart
ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib
29 Mart
Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq
29 Mart
Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib
29 Mart
Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb
29 Mart
Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb
29 Mart
Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aks...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!