08:48 02 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:55 02.03.2021

Paşinyan referenduma gedir


00:37 02.03.2021

BİLDİRİŞ


00:37 02.03.2021

BİLDİRİŞ


00:35 02.03.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gün ərzində 250 milliqram meyvə şirəsinin qəbul edilməsi məsləhətdir
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:53 19.06.2020

Tərkibi vitamin və mikroelementlərlə zəngin olan meyvə şirələri orqanizm üçün çox faydalıdır. Şirələr həm təbii, həm də qablaşdırılmış formada hazırlanır.

Ev şəraitində meyvə şirələri hazırlayarkən məhsulun orqanikliyinə, çürük və çatlaq olmamasına fikir vermək lazımdır. Meyvələr axar su altında tərtəmiz yuyulandan sonra şirəçəkən maşında çəkilməlidir. Çəkiləndən sonra 10 dəqiqə ərzində içmək məsləhətdir, çünki meyvə şirələri çəkiləndən sonra 2-3 saat qalanda tərkibi dəyişir və faydası qalmır.

Diyetoloqlar alma, portağal və qreypfrutdan alınan şirələrin daha faydalı olduğunu bildirirlər. Həkim-diyetoloq Ləman Süleymanova bu barədə AZƏRTAC-a deyib: "Portağal şirəsi S vitamini ilə zəngindir və antioksidant xüsusiyyətə malikdir. Tərkibində kalium və maqnezium olduğuna görə ürək xəstələri üçün xeyirlidir. Qreypfrut şirəsi antioksidant olmaqla yanaşı, yağyandırıcı xüsusiyyətə malikdir. Nar şirəsi isə daha çox faydalı antioksidant sayılır. Onun 1 stəkanı 4 stəkan zoğal şirəsinə və 10 stəkan yaşıl çayın tərkibində olan antioksidanta bərabərdir. Gün ərzində 250 milliqram qəbul edilməsi orqanizm üçün yetərlidir”.

Təbii meyvə şirəsinin faydası ilə yanaşı, bəzi əks təsiri də var. Fruktoza ilə zəngin olduğuna görə meyvə şirəsini şəkərli diabet xəstələrinin qəbul etməsi məsləhət görülmür.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM