04:02 27 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.01.2021

Azadlıqdan dirçəlişə


01:16 27.01.2021

Ədəbi məclislər


01:15 27.01.2021

Şuşa qəza məktəbi


01:13 27.01.2021

BİLDİRİŞ


01:11 27.01.2021

BİLDİRİŞ


01:10 27.01.2021

BİLDİRİŞ


01:10 27.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gözəgörünməz düşmənlə mübarizə prioritetdir

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:27 14.01.2021

 

Yer üzündə koronavirus can almaqda davam edir. Artıq bir ildən çoxdur ki, dünya pandemiyanın şərtləri ilə yaşamaqdadır və ötən müddət ərzində vəziyyət heç də normallaşmayıb, əksinə, təhlükəli virus sürətlə yayılmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilir ki, dünyada son sutkada 566 186 nəfər koronavirusa yoluxub, 9371 nəfər vəfat edib. Son 24 saat ərzində yoluxmanın 54 faizdən çoxu Şimali və Cənubi Amerikanın payına düşüb, digər yerləri isə Avropa, Cənub-Şərqi Asiya bölüşür.

Hazırda dünyanın bir çox ölkəsində koronavirus əleyhinə vaksinasiya kampaniyasına start verilib. Buna baxmayaraq, mütəxəssislər yaxın zamanda COVID-19-dan yaxa qurtarmağın mümkün olmayacağı barədə də xəbərdarlıq edirlər.

ÜST-ün elmi tədqiqatlar üzrə əsas səlahiyyətli nümayəndəsi Soumya Svaminatan bu il ərzində əhalinin immunitetinin və ya kollektiv immunitetin hansısa bir mərhələsinə nail olunacağını qeyri-mümkün hesab edib.

O, açıqlamasında COVID-19-a qarşı eyni zamanda bir neçə etibarlı və təhlükəsiz peyvəndin hazırlanmasını və kütləvi istehsalına başlanmasını inanılmaz tərəqqi kimi təqdir edib. Lakin eyni zamanda qeyd edib ki, bütün dünyada tələb olunan milyardlarla doza peyvəndin istehsalı və çatdırılması üçün zamana ehtiyac var. Buna görə də insanlar qarşıdakı dövrdə səbirli olmalı və təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər.

 

Epidemik proses yaxın vaxtlarda başa çata bilər

 

Xəbər verildiyi kimi, ölkəmizdə də peyvəndləmə prosesinə hazırlıq işləri görülür və ən yaxın vaxtlarda prosesə start veriləcək. Vaksinlərin alınıb gətirilməsi ilə əlaqədar aparılan bütün danışıqlar müsbət nəticə verib və yanvarın axırlarına 4 milyon doza vaksinin respublikamıza gətiriləcəyi gözlənilir. Əhalinin vaksinasiyasının fevraldan gec olmayaraq başlanılacağı nəzərdə tutulub.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun verdiyi məlumata görə, dünyada olduğu kimi, ölkəmizdə də ilk mərhələdə risk qrupunda olanlara peyvənd vurulacaq: “Risk qruplarını hər bir ölkə özü müəyyən edir. Bunlar, ilk növbədə, əsasən tibb işçiləri, yaşı 65-dən yuxarı olanlar və bir də uzun müddət xroniki xəstəliklərdən əziyyət çəkənlərdir. Vaksinasiyanın epidemik prosesin qırılmasına təsiri onun kütləvi olduğu halda mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının əvvəlki təcrübəsi göstərir ki, vaksinasiyanın məcburi aparılması neqativ reaksiyalara səbəb olub. Ona görə də onun könüllülük prinsipi əsasında həyata keçirilməsi daha düzgün yoldur”.

T.Eyvazovun sözlərinə görə, xroniki xəstəlikləri olanların vaksinasiyadan imtina etməsi hər zaman yoluxma riski ilə üz-üzə qalması deməkdir: “Bunlara xroniki ürək-damar, tənəffüs və endokrin sistemi xəstəliklərindən əziyyət çəkənlər və immun çatışmazlığı olanlar aiddir. Onlar yoluxduqları halda xəstəliyin ağırlaşmasının risk qrupundadırlar, bu zaman fəsadlaşma və ölüm halları da baş verə bilər”.

“Vaksinlər öldürülmüş və zəiflədilmiş mikroorqanizmləri, yaxud onların ifraz etdiyi bəzi antigen maddələrdir. Vaksinasiyanın aparılmasının məqsədi əhali arasında kollektiv immunitetin yaranmasına nail olmaqdır. İstər təbii, istərsə də vaksinasiya vasitəsilə yaranan immunitet əhalinin çox hissəsini təşkil edərsə, epidemik proses tez bir vaxtda başa çata bilər”, - deyə baş infeksionist qeyd edib.

 

Sanitar-epidemioloji vəziyyətə uyğun addımlar atılır

 

Azərbaycanda qlobal böhrandan minimum itkilərlə çıxmaq üçün bütün qüvvələr COVID-19-a qarşı mübarizəyə səfərbər edilib. Mütəmadi olaraq epidemioloji vəziyyət dəyərləndirilir, mövcud duruma uyğun addımlar atılır.

Ölkəmizdə infeksiyanın yayıldığı ilk günlərdən vəziyyət nəzarətə götürülmüş, genişmiqyaslı tədbirlər həyata keçirilməyə başlanmış, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla həll edilmişdir.

Eyni zamanda həyata keçirilən səmərəli maarifləndirmə işi, müvafiq tibbi infrastrukturun yaradılması, profilaktika və müalicə məsələlərinin keyfiyyətli şəkildə həll olunması, xüsusi karantin rejiminin tətbiqi və mərhələli qaydada məhdudlaşdırıcı və yumşaldıcı tədbirlərin həyata keçirilməsi öz müsbət bəhrəsini vermişdir.

Bütün bunlara görədir ki, vətənimizdə pandemiyanın fəsadlarını minimum həddə saxlamaq mümkün olub. Artıq bir neçə vaxtdır ki, koronavirusa yoluxma sayında azalma baş verib. Xəstəlikdən sağalanların sayı isə gündəlik yoluxanların sayını üstələyib ki, bu da xəstəxanaların yükünün nisbətən azalması deməkdir.

Azərbaycan dövləti vətəndaşlarının sağlamlığı, təhlükəsizliyi üçün pandemiyaya qarşı bütün mümkün vasitələrdən istifadə edir. Vətəndaşlarımız isə əldə olunan  uğurun qorunub saxlanması və möhkəmləndirilməsi üçün mümkün qədər məsuliyyətli davranmalı, qoyulan qaydalara maksimum şəkildə əməl etməlidirlər.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM