28 Sentyabr 2018 13:20
1401
Səhiyyə
A- A+

Göz yorğunluğu və kompüter


Kompüter son illər həyat və məişətimizə çox sıx daxil olmuş müasir texnoloji vasitələrdəndir. Ofis işində çalışanların demək olar ki, əksəriyyəti kompüter arxasında uzun müddət oturmaqdan yaranan göz yorğunluğundan şikayət edir.
AZƏRTAC-a müsahibəsində Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-oftalmoloqu Gültəkin Məmmədova bu sahədə bəzi məsləhətlər verib: "Normal qaydada, fasilələrlə kompüterdə işləmək gözləri yormur. Lakin uzun müddət monitorun ekranına baxdıqda gözlər qızarır və yorğun görünür. Aparılan araşdırmalar göstərib ki, kompüter arxasında işləyərkən gözlər normadan üç dəfə az qırpılır. Qırpmanın gözün nəm qalmasını təmin etdiyini nəzərə alsaq, kompüterə uzun müddət baxanların görmə orqanlarının niyə quruduğunu və yorğunluğun yaranma səbəbini başa düşmək çətin deyil”.
Həkimin sözlərinə görə, bəzi məsləhətlərə əməl edərək göz yorğunluğunu azaltmaq, onlara davamlı əməl edəndə isə həmin problemdən tam xilas olmaq mümkündür. Məsələn, qısa fasilələr verərək gözləri dincəltmək, gözləri davamlı olaraq bir neçə dəfə qırpmaq, başı sabit tutaraq sağ və sol çiyinə, eləcə də aşağı-yuxarı baxmaqla yanaşı, kompüterdən uzaqda yerləşən əşyalara baxaraq göz yorğunluğunu azaltmaq olar.
Gülümbahar çiçəklərini qaynar suda dəmləyəndən sonra tənzifin arasında gözlərə qoyaraq 15 dəqiqə saxlamaq göz yorğunluğunu azaldır. Uzun sürən kompüter işindən əvvəl və sonra librikant, yəni süni göz yaşı damlalarından istifadə etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video