23:14 10 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Gənc nəsil Qarabağ haqqında həqiqətləri bilməlidir”

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:23 25.02.2021

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza növbəti səfərləri Zəngilan, Laçın və Cəbrayıl rayonlarına olmuşdur.

Bu tarixi səfərdə hər bir soydaşımız kimi, I Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan, hazırda Ağstafa şəhər 2 saylı tam orta məktəbdə çağırışaqədərki hazırlıq fənn rəhbəri işləyən Əmirxan Əhmədovda da böyük qürur hissi doğurmuşdur.

Ağstafalı yeniyetmə və gənclərə hərbi vətənpərvərlik hissləri aşılayan keçmiş hərbçi bildirdi ki, düşmən tapdağından azad etdiyimiz Qarabağımızın yenidən cənnətə çevrilməsi üçün dövlət başçısı tərəfindən bütün göstərişlər verilib: “Torpaqların bərpası prosesi artıq başlamış, bu istiqamətdə azad olunmuş bütün şəhərlərin baş planlarının hazırlanması işinə start verilmişdir. Dövlət başçısının təşəbbüsü və tapşırığı ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılmasının nəzərdə tutulması böyük əhəmiyyət kəsb edir. Artıq ilk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilməyə başlamış, Laçın rayonunun Güləbirt kəndində su elektirik stansiyası inşa edilmiş, 7 min hektar sahədə əkin işləri aparılmış, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün müvafiq işlər görülmüşdür. Bütün bu addımlar məcburi köçkün düşmüş soydaşlarımızın qısa müddətdə doğma yurd-yuvalarına qayıtmasına öz töhfəsini verəcəkdir”.

Bu gün Ermənistanda bəzi qüvvələrin Azərbaycanı növbəti təxribatlara çəkməyə, müharibə ilə hədələməyə çalışdığını deyən Ə.Əhmədov Prezidentin sözlərindən sitat gətirmişdir: “Biz erməni faşizmini məhv etmişik. Düşməni doğma torpaqlarımızdan qovmuşuq, canlı qüvvə və texnika baxımından düşmən böyük itkilər vermişdir. Biz heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha baş qaldırsın. Əmin olduğumu bildirirəm ki, döyüş meydanında qazandığımız qələbə daimi olacaq, bölgədə sabitlik və sülh təmin olunacaq. Bizi heç kim bundan sonra bu torpaqlardan tərpədə bilməz. Bizim qələbəmiz tarixi qələbədir”.

Ə.Əhmədov keçmişin səhvlərinə də münasibətini bildirdi: “1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün sonra Laçının işğal altına düşməsi Azərbaycan üçün çox böyük məğlubiyyət oldu. Təəssüf ki, həmin dövrdə radikal müxalifət  hakimiyyətə gəlmək üçün Şuşa və Laçını müdafiəsiz qoydu. Bundan sonra Kəlbəcər də işğal altına düşdü. Həmin torpaqlar məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzun qəhrəmanlığı sayəsində azad edildi. Bütün bu həqiqətləri gənc nəsil bilməlidir”.

 

Sabir ƏLİYEV,

 “Azərbaycan



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM