23 Fevral 2019 20:30
1282
Səhiyyə
A- A+

Fast-fudların zərərləri


Fast-fud kimi tanınan ayaqüstü yeməklər hər zaman isti və ucuz qida olmağına baxmayaraq, həm də dadlı olur. Ayaqüstü yeməklərin tərkibinə dad, keyfiyyətinə zəmanət verən çoxlu sayda qida əlavəsi qatılır. Əgər insan ayda bir dəfə ayaqüstü yeməklərlə qidalanarsa, orqanizmə ciddi bir zərər dəyməz. Ancaq hər gün qidalanarsa, onda bir müddətdən sonra orqanizmdə qüsurlar meydana çıxar. Doymuş yağlardan hazırlanmış qidalar yüksəkkalorili olur, bir sıra xəstəliklərə yol aça bilir. Qəbul etmək nə qədər çətin olsa da, çəkini ifrat dərəcədə artıran birinci səbəb ayaqüstü yeməklərdir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-cərrahı, bariatrik diyetoloq, tibb elmləri üzrə fəlsəfə doktoru Vəfa Paşazadə məlumat verib.

Sağlam qidalanma üzrə mütəxəssis deyib: "Uşaqlar və tələbələr tez hazırlanan yüksəkkalorili ayaqüstü yeməklərə üstünlük verirlər. Bir çox ailələrin ayaqüstü yeməklər təklif edən məkanlarda qidalanmağına baxmayaraq, böyüklər özləri hər zaman burada hazırlanan yeməklərə xüsusi dəyər vermirlər və imtina edirlər.

Ayaqüstü yeməklər niyə zərərli hesab olunur? Çünki artıq çəki və piylənməyə səbəb olur. Vitamini olmayan bu cür bütün yeməklərin tərkibini çox kalorili və çoxlu miqdarda yağ və şəkər təşkil edir. Belə qidalar qaraciyəri yükləyən və ürək-damar sisteminə zərər verən bir çox heyvan mənşəli yağlarla zəngindir. Karbohidratlarla və yağlarla zəngin olan məhsullar toxluq hissi yaratmağa qadir deyil. Qazlı içkilər və kokteyllərin tərkibində çoxlu miqdarda şəkər var, bəziləri sidikqovucu xüsusiyyətə malikdir və orqanizmə ciddi zərər yetirir.

Əgər insan hələ də tez hazırlanan ayaqüstü yeməklərdən imtina edə bilmirsə, ən azından orqanizmə zərər yetirməyən məhsullarla qidalana bilər. Belə ki, müxtəlif ayaqüstü qida məkanlarında sağlam nahar etmək olar. Uşaqlar belə məkanlara gətirilirsə, qazlı içkiləri portağal və yaxud alma şirəsi, qızardılmış kartofu isə tərəvəz salatı və meyvə ilə əvəz etmək məsləhətdir. Salat sifariş verərkən sirkə tərkibli xardal və ketçup kimi məhsullardan da almaq mümkündür. Burgerlərə pendir və ya donuz basdırması əlavə etmək əvəzinə müxtəlif tərəvəz növlərindən istifadə etmək olar. Yeməyə duz qatmamaq, əgər seçim varsa, mətbəx sobasında bişmiş ətə üstünlük vermək tövsiyə olunur. Mal əti və quş ətinin arasında seçim olarsa, əlbəttə ki, quş ətini seçmək daha yaxşıdır. Qidanı tələsmədən və kiçik hissələrlə yeməyi vərdiş halına gətirmək lazımdır.

Ümumiyyətlə, evdə hazırlanan yeməklərdən daha faydalısı yoxdur. Lif və vitaminlərlə zəngin olan meyvə-tərəvəzlə qidalanmaq tövsiyə edilir. Yüksəkkalorili və yağlı qidalardan imtina etməklə həm görkəmi, həm də sağlamlığı qorumaq olar”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video