05 Sentyabr 2019 17:16
1427
DÜNYA
A- A+

Ətir ətirə bənzəməz…


Hər ətir bir xatirə daşıyıcısıdır. Sitrus meyvələrinin ətri xoşbəxtlik ovqatı yaradır, lavanda rahatlıq bəxş edir, nanə soyuqluq və sərinlik gətirir. Bəzən yüksək konsentrasiyada olan bir ətir xoşa gəlməyə bilər. Gözəl ətirləri özündə cəmləyən çəmənlik mehi xoş təsir bağışlayır, ancaq eyni bitkilərdən hazırlanan ağır bir ətir narahatedici ola bilər.

AZƏRTAC tibbi saytlara istinadən bildirir ki, qoxulara qarşı həssaslıq daha az olsaydı, təhlükəli vəziyyətləri hiss etmək olmazdı. Ətirlər qəbul edilən qida haqqında ilk informasiya daşıyıcılarıdır. Məsələn, cəfəri görünüş cəhətdən zəhərli baldırğana çox bənzəyir, lakin qoxusu tamamilə fərqlidir.

Vanil, kakao, darçın, portoğal, berqamot qoxuları iştahaaçan qoxular sayılır. Araşdırmalara əsasən, iştaha artıran ətirlərlə yanaşı, iştahanı kəsən və toxluq hissi yaradan ətirlər də mövcuddur. Pəhriz saxlayanlar ətirlərə qarşı xüsusilə diqqətli olmalıdırlar. İştaha mərkəzini sakitləşdirən və toxluq hissi yaradan ətirlər siyahısına yaşıl alma, banan, nanə və sarıkök ətri başçılıq edir.

Aparılan təcrübələrin birində 3 min nəfər hər gün yeməkdən əvvəl yaşıl alma, banan və nanə qoxulayıb. Həmin araşdırma nəticəsində pəhriz saxlayanların 5 kiloqram çəki itirdiyi məlum olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video