09:04 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
01:40 13.04.2021

70 zirvəsi


01:34 13.04.2021

Banansız dünya


01:32 13.04.2021

BİLDİRİŞ


01:32 13.04.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ermənistanda xalq hərbi xuntadan üz döndərdi

ANA SƏHİFƏ / SİYASƏT
00:49 03.03.2021

 

Yerevan meydan dərəbəyliyini yaşayır

 

Ermənistanda martın 1-də keçirilən mitinqlər ölkədə siyasi böhranın daha da dərinləşdiyini göstərir. 44 günlük Qarabağ müharibəsindən sonra Nikol Paşinyanın opponentləri xalqın baş nazirdən üz döndərəcəyini gözləsə də,  indi tamam əks vəziyyət müşahidə edilir. İnsanların müxalifətə və hərbi xuntaya dəstək verməməsi baş nazirin mövqelərini bir qədər möhkəmləndirib.

 

Müxalifət baş nazirdən sübut tələb edir

 

Baş nazirin Yerevanın Respublika meydanında keçirilən mitinqdəki çıxışları hərbi xunta təmsilçilərinin etirazına səbəb olub.  Belə ki, mitinqdə çıxış edən Nikol Paşinyan ordunun baş qərargah rəisi O.Qasparyanı Ermənistanın üçüncü prezidenti S.Sarkisyanın təzyiqi altında baş nazirin istefasını açıq şəkildə müdafiə etməkdə və birbaşa rəhbərinin tələbinə tabe olmaq əvəzinə eks-prezidentin əmrlərini yerinə yetirməkdə günahlandırıb. O, Qasparyanın hərəkətlərini xainlik adlandırıb və onun istefa verməli olduğunu

bildirib.

Ermənistanın müxalif “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan isə Nikol Paşinyandan mitinqdə dedikləri haqqında sübut tələb edib.  O,  baş nazirdən bu barədə dəlillər göstərməsini söyləyib. “Baş nazir deyir ki, Qasparyan göstərişləri Sarkisyandan alır. Qoy Paşinyan dediklərini sübut etsin, dəlil göstərsin, ya da danışmasın”, - deyə partiya sədri bəyan edib.

Ermənistanın silahlı qüvvələri isə  bəyanat yayaraq Nikol Paşinyanı əsassız ittihamlara son qoymağa çağırıb. 

 

S.Sarkisyanla qiyamçı general arasında telefon danışığı olub

 

O.Qasparyanın qızı da Nikol Paşinyanın atasına qarşı ittihamlarına reaksiya verib. O, “Facebook”dakı səhifəsində yazıb ki, bir gün fərarilik edən biri hakiminiz olarsa, təəccüblənməyin: “Bir qrup fərarilik edənlərin vətənin müdafiəçilərindən danışarkən onları xain adlandırması gülüncdür. Yeri gəlmişkən, bu cür insanların intonasiyası birbaşa cəbhə xəttindən uzaqlaşma dərəcəsindən asılıdır. Güldüm, xeyli güldüm”.

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidməti O.Qasparyanla keçmiş prezident S.Sarkisyanın telefon danışığını dinləyərək, lentə alıb. Ermənistanın Vatikandakı keçmiş səfiri, S.Sarkisyanın kürəkəni Mikael Minasyan sosial media hesabında yazdığı statusunda telefon danışığının bir neçə ay öncəyə aid olduğunu bildirib. “Paşinyan mitinqdə Serj Sarkisyan və Onik Qasparyan arasında telefon danışığı haqda bir anons verdi. Bir neçə ay öncə Ermənistan MTX Sarkisyanla Qasparyanın telefon danışığını izləyərək lentə aldı. MTX rəhbəri Abazyan Nikol və Annanın şəxsi xidmətində olduğundan dərhal bu səs yazısını onlara ötürdü. Bunun tezliklə ictimaiyyətə açıqlanacağı bildirildi. Bu telefon danışığında nələrin müzakirə olunduğu haqda xəbərim yoxdur, amma MTX mənbələri danışığın son hadisələrlə heç bir əlaqəsi olmadığını bildirirlər”, - deyə Sarkisyanın kürəkəni qeyd edib.

Ümumiyyətlə isə, görünən odur ki, Ermənistanda xalq hərbi xuntadan üz döndərib. Yerevan isə siyasi xaosdan meydan dərəbəyliyinə qədəm qoyur.

 

Tənəzzül daha da dərinləşəcək

 

Ermənistanın müxalif “Vətənin qurtuluşu hərəkatı” bəyan edib ki, Yerevanın mərkəzindəki Baqramyan prospektini yalnız Nikol Paşinyanın vəzifədən gedəcəyi təqdirdə azad edəcək. Qeyd edək ki, Yerevanda həftələrdir davam edən etiraz aksiyalarından sonra müxalifət vahid halda birləşə, eyni zamanda hərbçilərin qiyamı fonunda xalqın dəstəyini ala bilmədi. İndi maraq doğuran məqam ölkədə hadisələrin hansı səpkidə inkişaf edəcəyidir. Əksər proqnozlar bundan ibarətdir ki, dövlət çevrilişinin qarşısının alınmasına  rəğmən ölkədə vəziyyət yenə xaotik məcrada davam edəcək.

Bütün bunlarla yanaşı, ölkədə iqtisadi vəziyyətin getdikcə daha da ağırlaşdığı, insanların gündəlik maddi ehtiyaclarla bağlı çətinliklərinin miqyasının artdığı da müşahidə olunmaqdadır. Hadisələrin inkişaf axarı vəziyyətin hələ uzun müddət dəyişməz qalacağını, Ermənistanın üzləşdiyi tənəzzülün bir qədər də dərinləşəcəyini deməyə əsas verir.

Bu durumda iş adamlarının da ölkəni tərk etməsi problemləri artırır. Belə vəziyyətin yaranmasının səbəblərindən biri kimi iş adamlarına haqq qoyulması, onların qeyri-rəsmi ödənişlərə cəlb edilməsidir. Bununla razılaşmayan sahibkarlar qısa zaman ərzində müflis edilir, həbsə atılır.

“4rd.am” saytı yazır ki, ictimai-siyasi gərginliyin fonunda Ermənistanda aclıq çəkənlərin və narazıların sayı gündən-günə artır. Hakimiyyətdə olanlar bu faktları gizlətməyə çalışsalar da, reallıq belədir. Ermənistan hakimiyyət orqanlarının bütün hərəkətləri açıq-aşkar nümayiş etdirir ki, ölkədə ümumi vəziyyət çox gərgindir: “Bu nə ilə bağlıdır? Ermənistanı idarə edən, özünü bu ölkənin hakimiyyəti adlandıran kriminal-oliqarxik piramida bütün kiçik və orta biznesi məhv edir. Bu isə əhalinin narazılığına səbəb olur. Ermənistanın hakimiyyət orqanları həqiqəti nə qədər gizlətsələr də, iqtisadiyyatda sistemli böhran baş verir. Hakimiyyət orqanları ölkə iqtisadiyyatının fəlakətli vəziyyətdə olmasına dəlalət edən həqiqi rəqəmləri gizlədir”.

Bunlar Ermənistandakı ağır böhranın bütün sahələrə dərindən sirayət etdiyini göstərir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM