07:51 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
01:40 13.04.2021

70 zirvəsi


01:34 13.04.2021

Banansız dünya


01:32 13.04.2021

BİLDİRİŞ


01:32 13.04.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ermənistan hərbçiləri Paşinyanın istefasını tələb ediblər
ANA SƏHİFƏ / DÜNYA
13:59 25.02.2021

 

Ermənistan hərbçiləri baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər.

AZƏRTAC Rusiya KİV-lərə istinadla xəbər verir ki, buna səbəb Ermənistan prezidenti Armen Sarkisyanın baş nazirin təklifi ilə Baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanı vəzifədən azad etməsi olub. KİV-in məlumatına görə, o, hökumət başçısının “İskəndər” kompleksi barədə dediklərini məsxərəyə qoyub.

Baş qərargah rəisinin birinci müavininin vəzifədən çıxarılmasına qəti etiraz edən hərbçilərin bəyanatında bildirilib ki, ölkə üçün çox ağır vaxtda bu kimi qərarlar dövlət əleyhinə yönələn məsuliyyətsiz addımlardır. Paşinyan isə öz növbəsində baş verənləri çevriliş cəhdi adlandırıb və tərəfdarlarını meydanlara çıxmağa çağırıb.

KİV-də yayılan son məlumata görə, silahlı qüvvələrin istefa tələbindən sonra Paşinyan Baş qərargahın rəisi Onik Qasparyanı da vəzifəsindən azad edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM