24 Yanvar 2021 17:20
883
Elm və texnika
A- A+

Emin Əmrullayev: Qlobal təhsil yalnız COVID-19-dan, Azərbaycan təhsili isə həm də Ermənistanın hücumlarından əziyyət çəkib  

 

Davamlı İnkişaf Məqsədlərinin əldə olunması axtarışında olan qlobal təhsil yalnız COVID-19 pandemiyasından əziyyət çəkdiyi halda, Ermənistanın hücumları nəticəsində Azərbaycanda 20 müəllim, 10 şagird dünyasını dəyişib, 16 şagird yaralanıb və 60 təhsil müəssisəsi dağıdılıb.

AZƏRTAC xəbər verir ki, bu fikir təhsil naziri Emin Əmrullayevin 24 yanvar- Beynəlxalq Təhsil Günü münasibətilə şəxsi “Twitter” hesabında etdiyi paylaşımda yer alıb.

Nazir paylaşımına dövrünün nümunəvi maarif ocağı sayılan Şuşa Realnı Məktəbinin erməni işğalından əvvəl və sonrakı vəziyyətinə dair foto da əlavə edib.

Qeyd edək ki, məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunları olublar. 1992-ci ilin mayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı Məktəbini yandıraraq xarabazara çeviriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video