23:54 10 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi üçün stend və löhvələrin istehsalı xidmətlərinin satın alınması ilə əlaqədar kotirovka sorğusu  elan edir

ANA SƏHİFƏ / ELANLAR
02:56 27.02.2021

 

Kotirovka proseduru 09 mart 2021-ci il saat 14:00-da Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində keçiriləcəkdir. Ünvan: S.Ə.Şirvani küçəsi, 3.

Kotirovkada iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Azərbaycan Respublikasında və iddiaçıların öz öhdəliklərində vergilərə və dığər icbari ödənişlərə dair təmin edilməmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddaçının hüquqi statusunu təsdiq edən sənədlər, notarius tərəfindən təsdiq olunmuş;

- kotirovka üçün qiymət təklifləri;

- qeyd olunan sənədləri 05 mart 2021-ci il saat 17:00-a kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yaradılmış Tender komissiyasına təqdim olunmasını təmin etməlidir;

- iddiaçının hazırladığı kotirovka təklifi zərfə qoyulmalı və bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir;

- kotirovka təklifləri açıldığı gündən sonrakı 30 bank günü ərzində qüvvədə olmalıdır.

Kotirovka təkliflərinin qəbulu və əlavə məlumat almaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yaradılmış Tender komissiyasının sədrinə və yaxud əlaqələndirici şəxsə müraciət etmək olar. Tel.: mob.: (+99477) 489-00-15: email: [email protected]

Stend və löhvələrin istehsalı xidmətlərinin satın alınmasının həyata keçirilməsi kotirovkaya  əlavə edilən Əsas şərtlər toplusuna əsasən aparılmalıdır.

Kotirovkada qələbə üçün əsas şərt Stend və löhvələrin istehsalı xidmətlərinin satın alınması qiyməti, keyfiyyəti və təhvil verilmə müddəti, təşkilatın aidiyyəti işlərdə təcrübəsi, istehsalçı olması, ixtisaslı kadrların mövcudluğu və professionallığı, maliyyə imkanları hesab olunur.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM