04:17 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
00:36 26.02.2021

Bu dərdin adı Xocalı...


00:33 26.02.2021

Deyirəm nə ola...


00:32 26.02.2021

BİLDİRİŞ


00:31 26.02.2021

BİLDİRİŞ


00:31 26.02.2021

BİLDİRİŞ


00:29 26.02.2021

BİLDİRİŞ


00:29 26.02.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əfqanıstanda silahlı toqquşma və terror aktı
ANA SƏHİFƏ / DÜNYA
17:54 25.01.2021


Əfqanıstanda təhlükəsizlik qüvvələri ilə "Taliban" hərəkatının silahlıları arasında baş vermiş  toqquşma nəticəsində altı hərbçi yaralanıb. Bu barədə "Anadolu" agentliyi xəbər verir.
Məlumata görə, hadisə ölkənin şimalında, Balx vilayətinin Şolgərə rayonunda baş verib. Ekstremistlər blokposta silahlı hücum ediblər, atışma nəticəsində altı hərbçi yaralanıb.Beş talib öldürülüb, üç nəfər yaralanıb.
Bu arada , paytaxt Kabildə Mərkəzi Bankın avtomobilinin partladılması nəticəsində bir nəfər  həlak olub. Polis Departamentinin mətbuat katibi Kabil Firdovsi Fərəmərzin dediyinə görə, avtomobilə qoyulmuş bomba Kabilin cənub-şərqində yerləşən Şah Şəhid rayonunda partladılıb.
Əfqanıstanın Mərkəzi Bankı məlumat verib ki, hücum nəticəsində onun əməkdaşlarından biri həlak olub, ikisi yaralanıb.
"Tolo News" telekanalının xəbərinə görə, paytaxtda İtaliya səfirliyinin zirehli avtomobili partladılıb. Terror aktı nəticəsində bir nəfər yaralanıb.
 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM